Daily Archives: 11.08.2016

ГАЗЕТА ОЧАГ 2016-07

Стандартный

скр 2016-07 1

очаг7_цвет2016

Реклама

ŞƏHİDLƏR: XIRDALANLI VÜSAL XƏLİLOV

Стандартный

Vüsal_Xəlilov

Vüsal Xəlilov – Qarabağ müharibəsi iştirakçısı

Vüsal Ədalət oğlu Xəlilov 1972-ci il dekabr ayının 18-də Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. Xırdalan şəhərindəki 2 saylı orta məktəbin 8-ci sinfini bitirib. Zabit olmaq arzusuyla sənədlərini Cəmşid Naxçıvanski adına hərbi məktəbə verib. Qismət olmayıb. Bakıdakı 8 saylı texniki peşə məktəbini bitirib. 1991-ci ildə hərbi xidmətə çağırılıb. Belarus Respublikasının paytaxtı Minskdə 7 ay xidmət edəndən sonra Azərbaycana qayıdıb. Milli ordunun sıralarına qoşulan Vüsal ŞuşaAğdamFüzuli uğrunda gedən döyüşlərdə vuruşub. 1994-cü ildə Füzuli rayonunun Alıxanlı kəndində gedən qanlı döyüşdə düşmənin «Qrad» qurğusundan atdığı mərmi parçalarından ürək nahiyəsindən və başından ağır yara alıb. Qəfil olaraq 1996-cı il avqustun 11-də döyüş zamanı ürək nahiyəsindən aldığı mərmi parçasının yaratdığı narahatlıqdan dünyasını dəyişib.

VİKİPEDİYA

ŞƏHİDLƏR: NAXÇIVANLI MİLLİ QƏHRƏMAN ƏLİ MƏMMƏDOV

Стандартный

ƏLİ MƏMMƏDOV.jpg

Əli Məmmədov 11 avqust 1955-ci ildə Naxçıvan şəhərində dünyaya göz açmışdır. Orta təhsilini Bakı şəhərindəki 255 saylı məktəbdə almışdır. 1975-ci ildə ordu sıralarına çağırılır. Əli Macarıstanda xidmətini başa vurur. 1982-ci ildə Polis Akademiyasına daxil olmuşdur. Əli Məmmədov 1992-ci ildən cəbhəyə getməyə başlayır.

Əli Məmmədov 1992-ci il 24 sentyabr Laçın cəbhəsində vuruşmağa başlayır. Qızartı yüksəkliyini ələ keçirən döyüşçülərimiz 1 oktyabr 1992-ci il tarixində səhər tezdən güclü hücuma məruz qalırlar. Yaralıları təhlükəsiz yerə çaıxaran və döyüşün qaynar nöqtəsində vuruşan Əli başından ağır yaralanır. Mərd və cəsur döyüşçü bu yaradan da əbədiyyətə qovuşur.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 saylı fərmanı ilə polis kapitanı Məmmədov Əli Hüseyn oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.