Daily Archives: 10.08.2016

10 AVQUST 1990 -TİFLİS-AĞDAM AVTOBUSU PARTLADILIB

Стандартный

avt. ağ

10 avqust 1990-cı il tarixdə «Tbilisi-Ağdam» marşrutu ilə hərəkət edən sərnişin avtobusunun partladılması. Hadisə nəticəsində 20 nəfər həlak olmuş, 30 nəfər yaralanmışdır. Cinayətin təşkilatçıları Armen Мixayloviç Avanesyan və Mixayil Mixayloviç Tatevosov (Tatevosyan) cinayət məsuliyyətinə cəlb olunmuşlar. 1992-ci ilin mayında A. Avanesyan ölüm cəzasına məhkum edilmiş, M. Tatevosov isə 15 il azadlıqdan məhrum edilmişdir. İstintaq zamanı məlum olmuşdur ki, cinayətkarlar 1991-ci ilin iyulun 17-də Ağdam-Tbilisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunu da partlatmağı planlaşdırmış, lakin özlərindən asılı olmayan səbəblərdən aksiyanı həyata keçirə bilməmişlər. M. Tatevosov 1992-ci ilin may ayında Tərtər rayonunda azərbaycanlı girovlarla dəyişdirilmişdir.

Реклама

10 AVQUST 1920 — ŞƏRUR-DƏRƏLƏYƏZİN ERMƏNİSTANA VERİLMƏSİ

Стандартный

Şərur Dərələ

1920-ci il 10 avqustda Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxardı, Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında «mübahisəli ərazilər» elan olundu. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olundu, hərçənd bölgələrdə daşnak hökuməti hələ tam süqut etməmişdi.

Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarda Zəngəzur bölgəsini 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi – əhalisinin kürdlərdən ibarət olmasına görə Kürdüstan qəzasına bölmək təklif edilirdi. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi.

vikipediya