9 AVQUST 1992 — MİLLİ ORDU BAŞKƏNDİ ƏLƏ KEÇİRİB

Стандартный

BAŞKƏND.jpg

Tarixi adı Başkənd və əhalisi azərbaycanlı olan kəndin ərazisinə ermənilər ilk dəfə 1859-cu ildə Qarabağdan və Şəmşəddin rayonundan köçürülmüşdürlər. XX əsrin 90-cı illərin əvvəlinədək Azərbaycan ərazisisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən iri yaşayış məntəqəsidir. 7 noyabr 1995-ci ildə Ermənistanda qəbul edilmiş yeni inzibati-ərazi bölgüsünə görə Çəmbərək rayonuna aid kənddir. Ermənistan SSR AS RH-nin 25.1.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Ardzvaşen (ermənicə: Qartalkənd) qoyulmuşdur. Ərazisi 61 km²-dir. Başkəndin ərazisi də daxil olduqda 1229 km² ərazisi olan Gədəbəy rayonunun ərazisi artaraq 1290 km² olur. Qarabağ müharibəsi zamanı Ermənistan ordusu həmin ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi.

1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Məqsəd Başkəndin anklav vəziyyətindən çıxarılaraq Ermənistanla birləşdirilməsi idi. Lakin Azərbaycan Milli Ordusunun hissələrinin, Əsasən könüllü gədəbəyli və tovuzlulardan təşkil olunmuş döyüşçülərin keçirdiyi uğurlu hücum əməliyyatı nəticəsində Başkənd ələ keçirilib.

vikipediya

 

Реклама

Обсуждение закрыто.