ŞƏHİDLƏR: QUBADLILI QƏHRƏMAN ASLAN ATAKİŞİYEV

Стандартный

Aslan_Atakişiyev.jpg

Aslan Atakişiyev 1953-cü il 16 avqustda Qubadlı rayonunun Muradxanlı kəndində anadan olub.  19721974-cü ilərdə hərbi xidmətdə olmuşdur. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinə daxil olur. 1981-ci ildə təhsilini başa vurub Qubadlı rayonunda müəllimliyə başlamışdır.Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollandı.

Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə MazutluSəfiyanTürklərSuarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir.

1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub. Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respubliksası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Atakişiyev Aslan Qabil oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Məzarı Bakı şəhərindəki Şəhidlər xiyabanındadır.

Реклама

Обсуждение закрыто.