ŞƏHİDLƏR: GƏDƏBƏYLİ MÜŞFİQ İSMAYILOV

Стандартный

Musfiq_ismayilov

Müşfiq İsmayılov —  Qarabağ müharibəsi şəhidi.

20 avqust 1968-ci ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində anadan olmuşdur. Cəmşid Naxçıvanski adına hərbi liseyi 1986-ci ildə bitirdikdən sonra polis işçisi kimi daxili işlər orqanlarında çalışmağa başlamışdır.

1991-cı ildə könüllü olaraq torpaqlarımızın müdafiəsinə qatılmışdır. Döyüş yoluna Füzuli rayonunundan başladı, daha sonra Ağdərə istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib.1992-ci il 2 avqust tarixində Ağdərə istiqamətində düşmənlə qeyri bərabər döyüş şəraitində Müşfiq İsmayılov qəhrəmancasına şəhid oldu.

Subay idi.

Şəhidlər Xiyabanında dəfn edilib.

Реклама

Обсуждение закрыто.