Daily Archives: 01.08.2016

ŞƏHİDLƏR: LAÇINLI QƏHRƏMAN ƏLƏSGƏR NOVRUZOV

Стандартный

novruzov

Novruzov Ələsgər Xanlar oğlu 1 avqust 1949-cu ildə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur.  19681970-ci illərdə Leninakan şəhərində hərbi xidmətdə olmuşdur.  Şuşa Pedaqoji Texnikumunu bitirərək bədən tərbiyəsi müəllimi ixtisasını almışdır. Həmin ildən öz doğma kəndlərindəki məktəbdə ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. 1979-cu ildə Xocalıya gəlmiş, 1 saylı məktəbdə ixtisası üzrə müəllimlik fəaliyyətini davam etdirmişdir. 

Qarabağ müharibəsinin başlandığı ilk günlərdən tam gizli şəkildə yaradılmış Xocalının müdafiə komitəsinin ilk 5 nəfər üzvündən biri olmuşdur. O, 1988-ci ilin fevralından müdafiə üçün gizli silahlı dəstələrin yaradılmasında və onların silahlandırılmasında böyük rol oynamışdır.

1988-ci il sentyabrın 18-də Xankəndidən minlərlə erməni  Xocalıya hücüm edərkən onlara qarşı silahlı müqavimət göstərən 30-40 nəfər igid Xocalı oğlanlarından biri də Ə.Novruzov oldu. Mahir atıcılıq məharətini burada ilk dəfə nümayiş etdirdi, onlarla ermənini məhv etdi və erməni quldurlarının geri oturdulmasında yaxından iştirak etdi.

Həmin günlərdə Xankəndidə azərbaycanlılar döyülüb, təhqir edilir, qovulur, ələ salınırdılar. Bu vaxt Ə.Novruzov öz şəxsi maşını ilə həyatını təhlükəyə ataraq bir neçə dəfə Xankəndiyə girib qızları, qadınları xilas etmişdir.

Xocalı müdafiə komitəsinin üzvləri ilə birlikdə ermənilərin atəş nöqtələrinin dağıdılması, erməni quldur dəstələrinin məhv edilməsi üçün əməliyyat planlarının hazırlanması və həyata keçirilməsində daima fəal iştirakçı olmuşdur.

1989-cu ilin payızında Daşbulaq kəndində erməni quldurları azərbaycanlılara hücühm edərkəƏ.Novruzov döyüş yoldaşı M.Şükürovla birlikdə ermənilərə arxadan hücüm etmiş, atəşi öz uzərlərində götürərək döyüşə girmişlər. Ermənilər qəfil hücümdan özlərini itirmiş, onlarla itki vermişlər. Ə.Novruzov döyüş yoldaşı ilə sağ-salamat aradan çıxmış, Daşbulaq kəndindən olan 300 nəfərə qədəəhalini sağ-salamat qurtarmışlar.

1990-cı ildə Yerevandan Xankəndinə uçan təyyarələrin qarşısını almaq üçün Ə.Novruzov döyüş yoldaşlarından R.Həsənovla birlikdə uçuş zolağını parıldadıb xeyli müddət təyyarələrin enməsinin qarşısını almışdır.

1991-ci ildə keçiriləəməliyyatların əsas iştirakçılarından biri olmuş Ə.Novruzov dəmir yolunu dağıdılıb Xankəndinə gedən yolun bağlanmasında Xankəndi-Norağuğ yolunda 2 maşın 20-yə qədər erməninin məhv edilməsində yaxından iştirak etmiş, misilsiz qəhrəmanlıq göstərmişdir.

25 fevral 1992-cı il tarixində təxminən gecə saat 11-ə qalmış başlanan döyüşdə Ə.Novruzovun dəstəsi misilsiz qəhrəmanlıqlar göstərdi. Ə.Novruzov sərrast atıcı olduğundan 20-yə qədər erməni quldurunu məhv etdi. Səhər saat 5-ə qədər öz mövqelərindən çəkilməyən döyüşçülər artıq ermənilərin cinahından çəkilməyə məcbur oldular. Xocalıda olan yeganə beşmərtəbə binaya tərəf döyüşə-döyüşə çəkilərkəƏ.Novruzov ağır güllə yarası almışdır. O son gülləsinə qədər döyüşmüş sonra huşsuz qalmışdır. Ermənilər onu huşsuz halda işgəncələr verərək qətlə yetirmişlər (Bu haqda Respublika Prokurorluğunun istintaq qrupunda izahat və məlumatlar vardır).

Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli, 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Ələsgər Novruzovun meyidi 4 nəfər erməni əsiri ilə dəyişdirilib.

VİKİPEDİYA

 

Реклама