ŞƏHİDLƏR: LAÇINLI POLAD BƏYLƏROV

Стандартный

Polad_Bəylərov

Polad Bəylərov — Qarabağ müharibəsi şəhidi.

Polad Bəylərov 1970-ci ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Alxaslı kənd orta məktəbini bitirib. Sovet ordusu sıralarında xidmətini başa vurub vətənə dönəndə artıq Qarabağ müharibəsi başlamışdı və Polad könüllü olaraq Milli Ordu sıralarına qatılaraq düşmənə qarşı igidliklə vuruşub.

1992-ci ilin iyul ayının 31-də Laçın uğrunda gedən döyüşdə şəhid olub.

Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

 

Реклама

Обсуждение закрыто.