Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub.
1991-ci ildə Cəmşid Naxçıvanskiadına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1992-ci ildə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.
Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.
2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsindəçalışıb.
2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi dövüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Для отправки комментария необходимо войти на сайт.