Qəhrəman Rəfi oğlu Süleymanzadə (d. 1 avqust 1910 – ö. 29 iyul 2001-ci il) — Azərbaycan SSR partiya və dövlət xadimi.
Qəhrəman Süleymanzadə 1910-cu il avqust ayının 1-də Bakı quberniyası Cavad qəzasının Salyan şəhərində anadan olmuşdur. Atası Rəfi Süleyman-zadə şəxsi gəmisi ilə Bakı-Həştərxan-Ənzəli istigamətində işləmiş, inqilabdan sonra gəmisi, əmlakı müsadirə edilmiş və həyatının sonunadək ailəsini cox çətinliklə dolandırmışdır. Qəhrəman 16 yaşından (1926-1928) “Qırmızı Muğan” nəşriyatında yığıcı kimi işləməyə başlamış, orta təhsilini tamamladıqdan sonra 1928-ci ildə Azərbaycan Ali Pedaqoji İnstituna daxil olmuşdur. İnstitutun sonuncu kursundan başlayaraq müəllim kimi fəaliyyət göstərməyə başlamış, 1931-ci ildə ali təhsilini başa vurmuşdur. Qəhrəman Süleyman-zadə Zaqatala şəhərində orta məktəb müəllimi və direktoru (1931-1934), Zaqatala rayon Komsomol Komitəsi katibinin müavini (1934-1935), Lenin (Sabunçi) və Maştağa (Abşeron) rayonlarında orta məktəb müəllimi və məktəb direktoru (1935-1938) işləmişdir.
1938-1940-cı illər Maştağa rayon Komsomol Komitəsinin 1-ci katibi, 1940-1942-ci illər həmin rayonun Partiya Komitəsində şöbə müdiri və katib, 1942-1948-ci illəri Maştağa Rayon Partiya Komitəsinin birinci katibi (eyni zamanda 1946-1948-ci illəri Bakı Ali Partiya məktəbini bitirmiş), 1948-1951-ci illər Vartaşen Rayon Partiya Komitəsinin birinci katibi, 1951-1957-ci iiləri Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi, 1957-1966-cı illəri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmişdir. 1966-1985-ci illərdə M.F. Axundov adina Respublika Dövlət Kitabxanasının direktoru vəzifəsində çalışmışdır. 1985-ci ildə fərdi təqaüdə çıxmışdır. Qəhrəman Süleymanzadə həyatı boyu xalqının, vətəninin taleyini düşünmüş , milli-mənəvi dəyərlərə, adət-ənənlərə ehtiramla yanaşmış, humanizm prinsiplərini əsas götürmüş, haqqı nahaqqa qurban verməmişdir. 2001-ci il 29 iyulda Bakı şəhərində vəfat edib.
Azərbaycan SSR Ali Sovetinin üç dəfə (2-ci, 3-cü və 4-cü çağırışlar) deputatı seçilmişdir.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.