7 İYUL 1923 — DAĞLIQ QARABAĞ MUXTAR VİLAYƏTİNİN YARANMASI HAQQINDA DEKRET

Стандартный

7 iyul 1923 — Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verib.

Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında «beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə» xidmət edəcəyi vurğulanırdı.

Dekretə əsasən, «Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayətin yaradılması» nəzərdə tutulmuşdu.

Bu barədə tövsiyə qərarı 1921-ci ildə Rusiya K(b)P-nin Qafqaz Diyar Bürosu tərəfindən qəbul olunmuşdu.

Həmin qərarda muxtariyyətin mərkəzi Şuşa göstərilsə də, Azərbaycan MİK-in dekretində vilayətin mərkəzi kimi Xankəndi seçilmişdi. Tezliklə ermənilərin təşəbbüsü ilə Xankəndi Stepanakert adlandırıldı.

Ərazi-inzibati bölgüsündən sonra DQMV-nin ərazisi 4,4 min kv.km olaraq müəyyənləşdi.

загружено

 

Реклама

Обсуждение закрыто.