ŞƏHİDLƏR: LƏNKƏRANLI ETİQAD HACIYEV

Стандартный

Etiqat_Hacıyev

Etiqad Balaxan oğlu Hacıyev  25 fevral 1974-cü ildə doğulmuşdur.

Lənkəran şəhərində süruculuk üzrə təlim almışdır. 1992-c ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır.

Hərbi xidmətə Ağdam şəhərində yerləşən N saylı artileriya batalyonundan başlamışdır. Tank sürucusu olmuşdur. Ağdamın Quzanlı, Mərizli və digər kəndlərin müdafiəsində şəxsi igidlik göstərib.

Ağdamda gedən döyuşlərin birində tank əleyhinə minaya düşərək ağır yaralanmışdır. Və yaralı halında Bakı şəhərində Hərbi Hospitalda yerləşdirilmişdir.

5 iyul 1993 Hospitalda olduğu zaman dünyasını dəyişmişdir.

 

VİKİPEDİYA

Обсуждение закрыто.