MƏN CAMAATI GÜLDÜRÜRƏM, SƏN ARVADLARIN PULUNU ALIB AĞLADIRSAN…

Стандартный

АФТАНДИЛ ПОЛК

Bu əldəqayırma polkovnik hərdənbir mənə məktub yazır. Necə deyərlər, məktub yazan sağ olsun, ancaq nə yazdığını başa düşmək üçün çox əziyyət çəkirəm. Çünki savad polkovnik mundiri deyil ki, borc alıb geyinəsən, savadı gərək uzun illərin zəhmətiylə qazanasan…

Əldəqayırma polkovnikin axırıncı məktubunun da üstündə çox baş sındırdım.Yazıb ki, “yaşın altımışdan çoxdur, camaatı quldurursan”.

Əvvəl elə başa düşdüm ki, əldəqatırma polkovnik mənə “quldur” deyir, guya mən quldurluq edib camaatı soyuram. Məktubu göstərdim savadlı yoldaşlara, dedilər əldəqayırma polkovnik deyir ki, sən “camaatı özünə güldürürsən”.

Düzü, bunu eşidəndə çox şad oldum. Çünki camaatı güldürmək çox savab işdir. Mənə baxıb gülənlər bəlkə bir vaxt mənə “rəhmət” deyəcəklər. Gülürmək yaxşıdır, ağlatmaq pisdir. Məsələn, əldəqayırma polkovnik kimi rus arvadlarının pulunu, telefonunu aparmaq, onları ağlar qoymaq heç yaxşı deyil…

Məktubun cavabı burda bitdi. Necə deyərlər, masa üstdə yumurta, dostum, məni unutma…

Mirzə ƏLİL

05.07.2016 Samara

Обсуждение закрыто.