ŞƏHİDLƏR: XOCALILI QƏHRƏMAN TABİL HƏSƏNOV

Стандартный

TABİL HƏSƏNOV

Həsənov Tabil Qasım oğlu 4 iyul 1960-cı il Xocalı rayonunun Kosalar kəndində anadan olmuşdur. 1977-ci ildə burada məktəbi bitirmişdir. 1980-cı ildə hərbi xidmətə çağırılmışdır. Daha sonra o Xocalının Kosalar kəndində rabitə şöbəsində işləməyə başlayır.

1991-ci il 15 dekabr erməni millətçi qəsbkarları Cəmilli kəndinə dörd tərəfdən hücuma keçir əlacsız qalan kənd əhalisi ümidlə kömək gözləyirdi el bu vaxt Tabil sinə gərərək düşmənə əks hücum edir erməni murdarlarının ordusu pərən pərən olur və faşistlər geri çəkilir. Bu qələbədən sonra ona el arasında «Qırxız qartalı» deyə səslənirdilər. Erməni işğalçıları sonra yenidən Meşəli kəndinə hücum etmişdilər Tabil yenidən hücum edərək bu kəndi də azad edə bildi düşmənin canlı qüvvəsi məhv edildi. 1992-ci il 29 mart ermənilər Kosalara yenidən hücum etdilər. Saatlarla davam edən döyüşdə Tabil qəhrəmancasına həlak oldu.

Ailəli idi. Üç övladı yadigar qalıb.

15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanla Həsənov Tabil Qasım oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

 

Обсуждение закрыто.