ŞƏHİDLƏR: QƏHRƏMAN PİLOT YAVƏR ƏLİYEVİN BU GÜN 60 YAŞI TAMAM OLARDI

Стандартный

Yavər Əliyev

Yavər Əliyev 27 iyun 1956-ci ildə Bakı şəhərində anadan olmuşdur. Pirallahı adasında 235 №-li tam orta məktəbi bitirbikdən sonra Kremençuq Aviasiya Məktəbinə daxil olmuşdur. Yavər Əliyev Azərbaycan Hərbi Qüvvələrinin yaranmasında böyük işlər görmüşdür.

Yavər Əliyev bir neçə dəfə Qarabağa Mİ-24 vertolyutunda uçuşlar etmişdi. Aşağı yüksəklikdə uçaraq düşmən mövqelərinə ağır zərbələr endirirdi. Bu uçuşlar zamanı ermənilər çoxlu itkilər verirdi. 1992-ci il 29 fevral tarixində Yavərin sonuncu uçuşu oldu.

Ailəli idi. İki övladı atasının peşə yolunu davam etdirir.

14 sentyabr 1992ci il tarixli 204 saylı fərmanla Əliyev Yavər Yaqub oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı «adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Pirallahı  adasında oxuduğu 235 №-li tam orta məktəb onun adını daşıyır.

Обсуждение закрыто.