26 İYUN 1918 — MİLLİ ORDUNUN YARANMASI

Стандартный

26 iyun 1918 — Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin — əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə («Qafqaz İslam Ordusu») Nuru paşanın komandanlığı altında «Bakı Kommunası»nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.

Cümhuriyyət-ordusu3

 

Реклама

Обсуждение закрыто.