Daily Archives: 26.06.2016

ITKINLƏR: MEHDİ MƏHƏRRƏMOV

Стандартный

Mehdi_Məhərrəmov

Mehdi Məhərrəmov 26 iyun 1973-cü ildə Göyçə mahalının Daşkənd kəndində anadan оlmuşdur.

1988-ci ildə məlum səbəblərdən ailəsi ilə birlikdə Bərdə rayоnunun Yeni Daşkənd kəndində məskunlaşmışdır. 1990-cı ildə Yeni Daşkənd kənd orta məktəbini bitirmişdir.

11 mart 1992-ci ildə Bərdə rayonu Hərbi Kоmisarlığı tərəfindən hərbi хidmətə çağrılmış və Qarabağ uğrunda gеdən döyüşlərin iştirakçısı оlmuşdur.

Sıravi əsgər Mehdi Məhərrəmov 730-cu hərbi hissənin avtomatçısı idi.

Ağdərə rayоnunda gedən döyüş əməliyyatlarında bacarıqlı rabitəçi kimi хidmət göstərmişdir.

5 fevral 1993-cü ildə Çıldıranda gеdən döyüşlər zamanı itkin düşmüşdür.

Bərdə rayonu Xalq Məhkəməsi tərəfindən şəhidlik statusu verilmişdir.

Реклама

NEFTÇALALI QƏHRƏMAN TƏYYARƏÇİ ZAKİR MƏCİDOVUN BU GÜN 60 YAŞI TAMAM OLARDI

Стандартный

Zakir-Mecidov-milliqehr

Zakir Məcidoiv 1956-cı il 26 iyun Neftçala rayonunda anadan olmuşdur. 1963-cü ildə Bakı şəhərində 17 saylı orta məktəbi bitirmişdir. 1974-cü ildə Ryazan vilayətində Ali Hərbi Aviasiya məktəbinə daxil olmuşdur. 1980-cı ildə Zabrat qəsəbəsindəki aviadəstənin AN-2 təyyarəsinin komandiri təyin edilir. Daha sonra Mİ-2 vertolyotunda təkmilləşmə kursu keçdikdən sonra Qarabağa uçuşlar edərək erməni işğalçılarının canlı qüvvə və texnikalarını raket zərbələri ilə məhv edirdi. 1992-ci ilin fevralında Mİ-24 vertolyotlarından birinə komandir təyin edilir, Ağdərəinin Aterk kəndində yerləşən erməni quldurlarının bütün texnikasını demək olarki sıradan çıxarmışdı, düşmən xeyli canlı qüvvə də itirmişdi. 1992-ci ilin avqustun 6-da Zakir erməni yaraqlılarının Kasapet yüksəkliyində üç mövqeyini susdurdu elə bu zaman atılan raket onun vertolyotunu müvazinətdən çıxardı, pilotun səyinə baxmayaraq onlar düşmən əlində olan əraziyə düşdülər ekipaj bütövlüklə qəhrəmancasına həlak oldu.

Ailəli idi, bir övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 14 sentyabr 1992-ci il tarixli, 204 saylı fərmanı ilə Məcidov Zakir Nüsrət oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

ONLAR VƏTƏN UĞRUNDA VURUŞURDULAR…

Стандартный

lham Əliyev Məhərrəm Əliyevi ordenlə təltif etdi — Siyahı

<b>İlham Əliyev Məhərrəm Əliyevi ordenlə təltif etdi - Siyahı</b>

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb

Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə, hərbi təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıda adları göstərilən hərbi qulluqçuları və mülki işçiləri təltif ediliblər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Mustafayev Kərəm Nəriman oğlu – general-leytenant

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə:

Əliyev Məhərrəm Abış oğlu – general-leytenant
Quliyev Rəhman Ramiz oğlu – general-mayor
Taptıqov Rövşən Ağagül oğlu – general-mayor
Baxşəliyev Məmmədhüseyn Yusif oğlu – polkovnik
Həsənov Məhəmməd Kərim oğlu – polkovnik
Həsənov Yaşar Əmirxan oğlu – polkovnik
Mürşüdov Dünyamalı Atamalı oğlu – polkovnik
Həşimov Polad İsrayıl oğlu – polkovnik-leytenant

“Vətən uğrunda” medalı ilə:

Vasyak Aleksandr Petroviç – istefada olan general-mayor
Axundov Elçin Həbib oğlu – polkovnik
Əhmədov Bəhram Qardaş oğlu – polkovnik
Əliyev İbrahim Alxan oğlu – tibb xidməti polkovniki
Xalıqov Hikmət Kamal oğlu – polkovnik
Rüstəmzadə Hicran Feyruz oğlu – polkovnik
Səmədov Elman Mühyəddin oğlu – polkovnik
Verdiyev Sakit Lifti oğlu – polkovnik
Gülməmmədov Mehman Fərman oğlu – polkovnik-leytenant
Lətifov İlqar Zakir oğlu – polkovnik-leytenant
Seyidov Kənan Əlihüseyn oğlu – polkovnik-leytenant
Miriyev Telman Mirbaba oğlu – mayor

“İgidliyə görə” medalı ilə:

Əliyev Əliş Vəli oğlu – polkovnik-leytenant
Məmmədov Cəlil Allahverən oğlu – polkovnik-leytenant
Sadıqov Telman Həmzə oğlu – polkovnik-leytenant
Hüseynov Elvin Akif oğlu – kapitan
Məmmədov Fikrət Akif oğlu – kapitan (ölümündən sonra)
Orucov Seyran Zahir oğlu – baş leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə:

Abduləzizov Adil Abduləziz oğlu – polkovnik
Dəmirov Rauf Müseyib oğlu – polkovnik
Əmirağayev İslam Şixzadə oğlu – polkovnik
Hüseynov Zahid İbrahim oğlu – polkovnik
Kərimov Anar Təvəkkül oğlu – polkovnik
Kərimov Elçin Fərman oğlu – polkovnik
Qurbanov Azər Mikayıl oğlu – polkovnik
Məmmədov Vasif Xanlar oğlu – polkovnik
Məmmədov Şahin Oruc oğlu – 1-ci dərəcəli kapitan
Abbasov Namiq Mətləb oğlu – polkovnik-leytenant
Ağayev Etibar Yusif oğlu – polkovnik-leytenant
Həmidov Zaur Əlihüseyn oğlu – polkovnik-leytenant
Orucov Anar Elxan oğlu – polkovnik-leytenant
Umbatov Dadaş Adil oğlu – polkovnik-leytenant
Yusifov Mehman Yasəf oğlu – polkovnik-leytenant
Abdullayev Dadaş Əlirza oğlu – mayor
Babayev Faiq Şahmurad oğlu – mayor
Əliyev Əli Mikayıl oğlu – mayor
Mustafayev Ramin Yunis oğlu – mayor
Cəfərov Elnur Cəfər oğlu – kapitan (ölümündən sonra)
Verdiyev İlqar Taptıq oğlu – kapitan (ölümündən sonra)
Əmirov Elmin Asəf oğlu – gizir

“Tərəqqi” medalı ilə:

Məmmədov Ağaverdi Məmməd oğlu
Osmanov Sabir Fərman oğlu.

26 İYUN 1918 — MİLLİ ORDUNUN YARANMASI

Стандартный

26 iyun 1918 — Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin — əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Həmin dövrdə Cümhuriyyət hökumətinin tabeliyində olan hərbi qüvvələr türk (Osmanlı) ordu hissələri ilə birlikdə («Qafqaz İslam Ordusu») Nuru paşanın komandanlığı altında «Bakı Kommunası»nın qoşunları ilə qızğın döyüşlər aparırdı. Cümhuriyyətin Hərbi Nazirliyinin təşkili barədə qərar bir qədər sonra, avqustun 1-də verildi. Nazirlik özü isə 1918-ci ilin dekabrında fəaliyyətə başladı. Keçmiş çar Rusiyası ordusunun generallarından Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildilər.

Cümhuriyyət-ordusu3