ŞƏHİDLƏR: ŞƏRURLU SƏYAVUŞ HƏSƏNOV

Стандартный

SƏYAVUŞ HƏSƏNOV

Səyavuş Həsən oğlu Həsənov 20 yanvar 1964-cü ildə  Şərur rayonu Yenicə kəndində anadan olub, xalq hərəkatında fəal iştirak edib, könüllü batalyonun tərkibində Qazax, Goranboy, Gədəbəy, Şuşa və digər istiqamətlərdə sücaətlə vuruşub, 1992-ci ildə polis sıralarına daxil olub. Polis dəstəsində Ağdərənin kəndlərinin azad olunmasında fəal iştirak edib, 1992-ci il iyunun 25-də Qırmızıkənd istiqamətində döyüşdə düşmənin bir tankını qumbara ilə sıradan çıxarıb və qəhrəmanlıqla həlak olub. 1992-ci il iyulun 21-də Milli Qəhrəman adına layiq görülüb.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

 

Реклама

Обсуждение закрыто.