ŞƏHİDLƏR: BADAMDARLI RAUF ƏLİYEV

Стандартный

ƏLİYEV RAUF

Rauf Əliyev 1973-cü il iyunun 25-də anadan olub. Badamdar qəsəbədəki 239 saylı orta məktəbin məzunu olub.

Daxili Qoşunların sıralarında  xidmət edən Rauf Ağdərə rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə cəsur hərbi qulluqçu kimi vuruşurdu. O, 1992-ci ilin iyulun 19-da məhz bu rayonun müdafiəsində qəhrəmancasına şəhid oldu.

Vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi igidlik və şücaətə görə şəhid R.Əliyev Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 1992-ci il tarixli sərancamına əsasən “Azərbaycan Respublikasının Fəxri Fərmanı” ilə (ölümündən sonra) təltif edilib.

 

Обсуждение закрыто.