MARTİN ŞULTZUN FÜRER (RƏHBƏR) RƏŞAD QULİYEVƏ CAVABI

Стандартный

Mən 1981-ci ildə SSRİ-nin paytaxtına oxumağa gələndə bütün əhali kimi mənim də bir rəhbərim vardı – Leonid İliç Brejnev. Heç kim də mənə “diaspor” kimi heç də yaxşı səslənməyən söz deyib qəlbimə dəymirdi. İndi yaşımın bu vaxtında diaspor olmuşam və gündə də qurumsağın biri çiban kimi pırtlayıb çıxır və deyir ki, Mirzə, yaxanı-başını düymələ, özündə farağat dur, çünki mən sənin rəhbərinəm.

Vallah, o qədər bezmişəm ki, az qalıram gedib Zimbabvedə-zadda sığınacaq istəyəm. Bəlkə bu “millət rəhbərləri” ora gəlib çıxmayalar.

Bu gün İnterneti açıb havanın isti-soyuqluğunu öyrənmək istəyəndə üzünün yağı daman bir cavan monitordan üstümə yeridi ki, Mirzə, farağat otur, hava da sənlik deyil, gir mənim saytlarıma, vacib sənədlər var , nə qədər ki, gözün qocalıqdan tutulmayıb, oxu. Gərək məni çoxdan tanıyaydın: Quliyev! Rəşad Quliyev! Dünya assambleyasının füreri. Fürer, Mirzə, qanmırsansa, almanca rəhbər deməkdir!

Özümü yığışdırıb başladım bu Rəşad Quliyevlə tanışlığa. Birinci gözümə Avropa Parlamentinin prezidenti Martin Şultza müraciət sataşdı. Aprel ayında Rəşad Quliyev yazır ki, a Martin, nə oturmusan, ermənilər azərbaycanlıları qırırlar. Cənab Şultz da yazır ki, a qırışmal, mən öz evimdə oturmuşam, sən gəlib oturmusan mənim evimdə, süfrəmin başında, Kölndə kef çəkirsən. Əgər sənin millətini qırırlarsa, yanını qaldır yerdən, get vətəninə, millətinin qeyrətini çək. Biz sənin ananın, bacının qeyrətini çəkəcəyik…

Vallah, bilmirəm, Şultz düz deyib ya yox. Bu barədə xeyli fikirləşib dalını yazacağam….

Mirzə ƏLİL

 

Обсуждение закрыто.