Daily Archives: 23.06.2016

BU MANISI QAPIDAN QOVURSAN, PƏNCƏRƏDƏN GİRİR…

Стандартный

электрогитара

Qırx-qırx beş il bundan qabaq Azərbaycanda elektrik gitarası dəb düşdü. Pulu olanlar yaxşısından aldılar, pulu olmayanlar elə taxta gitaranını dalına bir şnur salıb qoşdular əldəqayırma gücləndiriciyə və başladılar mələtməyə. Güclənduruculərdə də ya qapanma olurdu ya ayrı şey, elə bir qıyya qoparırdı ki, deyirdin Hitler qəbirdən dirilib gəlib təzədən almanları qaldırıb dünya müharibəsin.

Elə o vaxtın söhbətidir. Gitaraçalan qonşusu olan bir salyanlı deyirdi ki, manıs ona gün vermir. Süfrədə oturanda, uşaqlar dərs hazırlayanda bu gitaranın səsi yeməyi haram edir,uşaqları məşğələdən yayındırırdı. Salyanlı utana-utana deyirdi ki, türkün məsələsi, uşaqların anasıyla da mehribanlıq eləyə bilmir. Elə işə başlayan kimi, gitara elə hikkəylə qışqırır ki, həvəsdən salır…

İndi mən İnternetdə özlərini dünya azərbaycanlılarının lideri elən eləmiş cüvəllağıları görəndə o manıslar yadıma düşür. Gəlirsən bir iş başlayasan, bir də görürsən bu “lider”lərdən birindən müraciət gəldi. Salyanlı demişkən, nə var, ala, nə yuyulmamış qaşıq kimi düşmüsən ortalığa. Lap səni lider seçənin də…

Ancaq bu Rəşad Quliyev ki var, Kölndə yaşayır və özünü dünya azərbaycanlılarının fürüri, yəni rəhbəri elan edib, əldə-ayaqda dayanmaq bilmir, qapını bağlayırsan, pəncərədən dürtülür. Kimə müraciət eləmir! Merkelə, Şultza, Obamaya, Obamanın arvadına, Obamanın hədd-buluğa çatmamış qızlarına, ər Klintona, arvad Klintona… Bunlar cəhənnəm, özgədirlər. Rəşad Quliyev möhtərəm zat-ailləri İlham Əliyevi də rahat qoymur. Gündə iki-üç müraciət göndərir. Müraciətin 200-300 surəti isə bütün Əliyevlərə və Paşayevlərə göndərilir. Baxın:

Azərbaycan Respublikası Prezidenti,
Ali Baş Komandan Zati-Aliləri İlham Əliyev cənablarına,
Surəti: Azərbaycan Respublikasının birinci xanımı,
UNESCO və İSESCO-nun xoşməramlı səfiri,
Millət vəkili , Heydər Əliyev Fondunun Prezidenti
Xanım Mehriban Əliyevaya 
Surəti: Azərbaycan Respublikasının 
Baş Prokroru Zakir Qaralov cənablarına,
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Naziri
Fikrət Məmmədov cənablarına,
Surəti: Ali Məhkəmənin Sədri Ramiz Rzayev cənablarına və s. Adlar çoxdur. Hamısını yazsaq, Worddə yer çatmaz…

Bilirsiniz Rəşad Quliyev nə istəyir?

“…sizdən Cavid Hüseynovun prosesinə ədalətli yanaşılması üçün səlahiyyətlərinizdən, şəxsi nüfuzunuzdan istifadə edərək prosesə müdaxilə etmənizi yaxud işin ədalətli baxılması üçün xüsusi göstəriş vermənizi rica edirəm”.

Kölndə yaşayıb özünü dünya azərbaycanlılarının lideri sayan bu insan “rica edir ki”, prezident “prosesə müdaxilə etsin”, çünki futbolçu avid Hüseynon onun dostudur…

İndi bu “dünya lider”indən soruşasan: Almaniyada prezident ya kansler prosesə qarışa bilər?

Yəni demokratiya Afrikada da demokratiyadadır. Başı feodal zibiliylə dolu azərbaycanlının başı Almaniyada da feodal zibiliylə dolu qalır…

Ancaq onu deyim ki, İlham Əliyev Rəşad Quliyevin müraciətlərindən bezib. Öz ətrafında söhbət zamanı deyib ki, Mehriban xanımla mehribanlıq da eləyə bilmir, müqəddimə qurtarmamış Rəşad Quliyevdən təcili bir müraciət gəlir. Deyəsən indi bütün balıqların padşahı olmaq istəyir…

Əziz qardaşlar və bacılar! Qapılarınızı, pəncərələrinizi bərk bağlayın, İnternetə tez-tez girməyin, bir sözlə, bilin ki, lap xırda bir deşik açılsa, Rəşad Quliyev soxacaq özünü içəri…

Mirzə ƏLİL

Реклама

MARTİN ŞULTZUN FÜRER (RƏHBƏR) RƏŞAD QULİYEVƏ CAVABI

Стандартный

Mən 1981-ci ildə SSRİ-nin paytaxtına oxumağa gələndə bütün əhali kimi mənim də bir rəhbərim vardı – Leonid İliç Brejnev. Heç kim də mənə “diaspor” kimi heç də yaxşı səslənməyən söz deyib qəlbimə dəymirdi. İndi yaşımın bu vaxtında diaspor olmuşam və gündə də qurumsağın biri çiban kimi pırtlayıb çıxır və deyir ki, Mirzə, yaxanı-başını düymələ, özündə farağat dur, çünki mən sənin rəhbərinəm.

Vallah, o qədər bezmişəm ki, az qalıram gedib Zimbabvedə-zadda sığınacaq istəyəm. Bəlkə bu “millət rəhbərləri” ora gəlib çıxmayalar.

Bu gün İnterneti açıb havanın isti-soyuqluğunu öyrənmək istəyəndə üzünün yağı daman bir cavan monitordan üstümə yeridi ki, Mirzə, farağat otur, hava da sənlik deyil, gir mənim saytlarıma, vacib sənədlər var , nə qədər ki, gözün qocalıqdan tutulmayıb, oxu. Gərək məni çoxdan tanıyaydın: Quliyev! Rəşad Quliyev! Dünya assambleyasının füreri. Fürer, Mirzə, qanmırsansa, almanca rəhbər deməkdir!

Özümü yığışdırıb başladım bu Rəşad Quliyevlə tanışlığa. Birinci gözümə Avropa Parlamentinin prezidenti Martin Şultza müraciət sataşdı. Aprel ayında Rəşad Quliyev yazır ki, a Martin, nə oturmusan, ermənilər azərbaycanlıları qırırlar. Cənab Şultz da yazır ki, a qırışmal, mən öz evimdə oturmuşam, sən gəlib oturmusan mənim evimdə, süfrəmin başında, Kölndə kef çəkirsən. Əgər sənin millətini qırırlarsa, yanını qaldır yerdən, get vətəninə, millətinin qeyrətini çək. Biz sənin ananın, bacının qeyrətini çəkəcəyik…

Vallah, bilmirəm, Şultz düz deyib ya yox. Bu barədə xeyli fikirləşib dalını yazacağam….

Mirzə ƏLİL