ŞƏHİDLƏR: CƏBRAYILLI QƏHRƏMAN VÜQAR HÜSEYNOV

Стандартный

Vuqar-Huseynov-milliqehreman

Vüqar Hüseynov 20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində anadan olmuşdur. 1976-1986-cı illərdə burada məktəbi bitirmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmış, 1989-cu ildə hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdır və elektirik qaynaqçısı kimi fəaliyyətə başlayır. 1990-cı ildə DİN-nin polis dəstəsinə yazılır və həyatını cəbhə ilə bağlayır.

Vüqar Hüseynov Xocalıda, Goranboyda uğurlu döyüş yolu keçmişdir. Şəhid jurnalist Salatın Əsgərovanın qətlə yetirənlərin tapılmasında onun böyük xidməti olmuşdur. 1991-ci il 20 iyul erməni qəsbkarları Goranboy rayonuna hücum edirlər. Vüqar burada qəhrəmancasına vuruşur və döyüş meydanında şəhid olur.

O əvvəlcə «Qırmızı Ulduz» ordeni ilə təltif olunur. Daha sonra 1992-ci il 6 iyun Azərbaycan Respublikası prezidentinin 831 saylı fərmanı ilə Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

vikipediya

 

Реклама

Обсуждение закрыто.