ƏDALƏT PAŞAYEVİN («TOPÇU ƏDALƏT»)BU GÜN 60 YAŞI TAMAM OLARDI

Стандартный

Ədalət Sabir oğlu Paşayev  (Topçu Ədalət) — “Azərbaycan Bayrağı” ordenli şəhid.

Paşayev Ədalət Sabir oğlu 20 iyun 1956-cı ildə Tərtər rayonunun Balakəngərli kəndində doğulmuşdur. Tərtər şəhər 2 saylı orta məktəbi bitirib. 1972-77-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb.

1991-ci ildə yaranan “Tərtər” özünümüdafiə batalyonuna zabit kimi daxil olub. Cəbhədə “Topçu Ədalət” adı ilə tanınıb. 1992-ci il avqustun 23-də Drambonda yaralanıb. Avqustun 25-də Bakıda Respublika Kliniki Xəstəxanasında vəfat edib.

Tərtər şəhər qəbiristanlığında dəfn olunub. Yaşadığı küçəyə onun adı verilib.

Azərbaycan Respublikasının Prezidentinim 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Baş leytenant Paşayev Ədalət Sabir oğlu (ölümündən sonra) “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Обсуждение закрыто.