15 İYUN ŞAİR HÜSEYN ARİFİN DOĞUM GÜNÜDÜR

Стандартный
15 İYUN ŞAİR HÜSEYN ARİFİN DOĞUM GÜNÜDÜR

 Huseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu) 1924-cü il iyunun 15-də Ağstafa rayonunda anadan olub. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (19571959), «Azərnəşr»in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (19651967), «Gənclik» nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə «Azad» tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, «Yolda» poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

vikipediya

 

         HÜSEYN ARİF

XALQSIZ XALQ ŞAİRLƏRİ

   Bir həyat şairi var,
   Bir də vaxt şairləri.
   Eldən, gündən xəbərsiz
   Saray, taxt şairləri.

   Biri haqqa daş atar,
   Biri kölgədə yatar,
   Kim sevib, kim yaşadar
   Bu bədbəxt şairləri.

   Biri var, üzdəniraq
   Haça dil, hazıryaraq.
   Qapı, baca, künc, bucaq
   Əl-ayaq şairləri.

   Hüseyn Arif, nə xəbər
   Nə qədərmiş nə xəbər
   Başsız başa keçənlər
   Xalqsız xalq şairləri.

Реклама

Обсуждение закрыто.