Daily Archives: 15.06.2016

ŞƏHİDLƏR: QƏHRƏMAN JURNALİST KAZIMAĞA KƏRİMOV

Стандартный

Kazımağa_Kərimov

Kərimov Kazımağa Möhsün oğlu 1951-ci ilin sentyabrın 1-də Qubadlı rayonunun Sarıyataq kəndində anadan olmuşdur.  

 

Azərbaycan Dövlət Universitetinin  jurnalistika fakültəsini  bitirdikdən sonra Kazımağa  bir müddət «Azərbaycan məktəbi» jurnalında, sonra isə «Azərbaycan müəllimi» qəzetində çalışmışdır.

Ermənilərin Azərbaycana təcavüzü başlananda  Goranboy rayonunda yaradılan könüllü özünümüdafiə batalyonlarından birinə komandir müavini təyin olunan Kazımağa baş leytenant rütbəsi altında doğma torpaqlarımızın müdafiəsinə qalxdı.

 

 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyan kənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır və  15 iyun 1992-ci ildə burda vəfat edir.

Evli idi, bir oğlu qalıb.

Kazımağa Kərimova ölümündən bir həftə sonra,Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli, 6 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verildi.

 

Реклама

15 İYUN 1992. ÇİNGİZ MUSTAFAYEV

Стандартный

ŞƏHİDLƏR: BƏRDƏLİ QƏHRƏMAN ŞAKİR SALAHOVUN BU GÜN 50 YAŞI OLARDI

Стандартный

SALAHOV ŞAKİR

Salahov Şakir Şamil oğlu 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur.

Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli]] kəndləri arasındakı «Darlı» adlanan yerdə «UAZ» markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu. Erməni quldurlarını taparaq məhv edən Şakir şəhidlərin qanını yerdə qoymadı. 1992-ci il 28 yanvar Ağdam Şuşa istiqamətində uçan vertolyot ermənilər tərəfindən vuruldu, ermənilərə əsir düşməmək üçün vertolyotdan hər kəs özünü ataraq həlak edirdi, onların arasında Şakir Salahov da var idi.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Salahov Şakir Şamil oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Bərdə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

VİKİPEDİYA

15 İYUN ŞAİR HÜSEYN ARİFİN DOĞUM GÜNÜDÜR

Стандартный
15 İYUN ŞAİR HÜSEYN ARİFİN DOĞUM GÜNÜDÜR

 Huseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu) 1924-cü il iyunun 15-də Ağstafa rayonunda anadan olub. Bakı pedaqoji məktəbində (1937-1940), Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri (19571959), «Azərnəşr»in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (19651967), «Gənclik» nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlamışdır. Onun liberettosu əsasında 1957-ci ildə «Azad» tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, «Yolda» poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

vikipediya

 

         HÜSEYN ARİF

XALQSIZ XALQ ŞAİRLƏRİ

   Bir həyat şairi var,
   Bir də vaxt şairləri.
   Eldən, gündən xəbərsiz
   Saray, taxt şairləri.

   Biri haqqa daş atar,
   Biri kölgədə yatar,
   Kim sevib, kim yaşadar
   Bu bədbəxt şairləri.

   Biri var, üzdəniraq
   Haça dil, hazıryaraq.
   Qapı, baca, künc, bucaq
   Əl-ayaq şairləri.

   Hüseyn Arif, nə xəbər
   Nə qədərmiş nə xəbər
   Başsız başa keçənlər
   Xalqsız xalq şairləri.