İlqar Məmmədov — siyasətçi, 2009-cu ildən Respublikaçı Alternativ hərəkatının sədridir. 2013-cü il Azərbaycan Respublikası Prezident seçkilərində iştirak üçünMərkəzi Seçki Komissiyasına namizəd kimi müraciət etsə də, namizədliyi qeydə alınmayıb.
1988-1989-cu illərdə Sovet ordusunda xidmət etdikdən sonra, Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini və Budapeştdə Mərkəzi Avropa Universitetinin siyasi elmlər fakültəsini bitirib. 1994-2000 — Bakı Dövlət Universitetində elmi işçi vəzifəsində çalışarkən Azərbaycanda ilk dəfə parlament səsvermələrin riyazi təhlil metodikasını təklif və tətbiq edib.
1998-2003 — Azərbaycan Milli İstiqlal Partiyası sədrinin müavini kimi, neft gəlirləri üzərində ictimai nəzarətin qurulması, neft gəlirlərinin xaricdə geniş təhsil proqramı üçün istifadəsi, Azərbaycan seçkilərində səslərin paralel hesablanması və s. kimi bir sıra mühüm siyasi və iqtisadi təşəbbüslərlə ilk olaraq çıxış edib. O dövrdə, Azərbaycanda və xaricdə etdiyi çoxsaylı ictimai çıxışlarında ölkəmizin Avropa və NATO inteqrasiyası kursu ilə irəliləməsini yeganə tarixi seçim kimi göstərib.
Partiyadan strateji fikir ayrılığı səbəbilə ayrılan İ.Məmmədov, Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin təsisçilərindən biri oldu və Komitənın ilk sədrliyinə seçildi.
Azərbaycanın yerləşdiyi regionunun inkişafına dair strateji vizyona sahib olduğuna görə, 2007-ci ildə İlqar Məmmədov Regional Əməkaşlıq naminə Qara Dəniz Fondunun (Black Sea Trust for Regional Cooperation) Məsləhət Şurasına seçildi. Həmçinin 2007-ci ildən etibarən Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru vəzifəsinində çalışır.
İ.Məmmədov 2013-cü il fevralın 4-də İsmayıllı hadisələri ilə bağlı istintaqa çağırılmış və barəsində həbs-qətimkan tədbiri seçilmişdir. Daha sonra Məhkəmə Cinayət məcəlləsinin 221 və 315.2 maddələri ilə ittiham edilərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edilmə ilə bağlı qərar verilmişdir.
Neft gəlirlərinin idarə olunması sahəsindəki təşəbbüsləri nəzərə alınaraq, o 2007-ci ildə digər beynəlxalq təşkilat – Gəlirlərə Nəzarət İnstitutunun (Revenue Watch Institute) – Məsləhət Şurasına üzv seçildi. Hər iki şurada dünyanın tanınmış ictimai liderləri təmsil olunurlar. Bundan başqa, 2006-cı ildən etibarən İlqar Məmmədov Açıq Cəmiyyət İnstitutu — Azərbaycan (Soros Fondu), İdarə Heyətinin üzvüdür. O, Azərbaycanda ilk siyasi bloqun müəllifidir.
Ailəlidir, bir qızı var.
VİKİPEDİYA
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.