ŞƏHİDLƏR: LAÇINLI BAYRAM MƏMMƏDOV

Стандартный

Bayram_Məmmədov

Məmmədov Bayram Məhəmməd oğlu 22 mart 1970-ci ildə Laçın rayonunun Minkənd kəndində doğulmuşdur. Minkənd orta məktəbini bitirmişdir. 1988-1990-cı illərdə əsgəri xidmətini Rusiya Federasiyasının Orenburq vilayətindəki qapalı hərbi hissədə keçmişdir.

20 fevral 1990-cı ildə Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olmuş, torpaqlarımız uğrunda mücadilə aparmışdır. 1992-ci il iyunun 7-də qəhrəmancasına həlak olmuşdur. Bakı şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2005-ci il tarixli 867 saylı sərəncamı ilə Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində və xidməti vəzifələrin yerinə yetirilməsində şücaət və igidlik göstərdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis serjantı Məmmədov Bayram Məhəmməd oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.

 

Реклама

Обсуждение закрыто.