ŞƏHİDLƏRİ UNUTMAYAQ: ƏN GƏNC MİLLİ QƏHRƏMAN CAVAMŞİR RƏHİMOV

Стандартный

 

CAVANŞİR RƏHİMOV

Cavanşir İzzət oğlu Rəhimov 5 iyun 1973-cü ildə Qax rayonunun Qaşqaçay kəndində doğulub. Bir yaşında olarkən ailələri Baknın Qaraçuxur qəsəbəsinə köçmüşlər. Cavanşir səkkizinci sinfi bitirdikdən sonra isə texniki-peşə məktəbində təhsilini davam etdirmişdi. 1992-ci ildə Cavanşir hərbi xidmətə çağırılır. Könüllü olaraq müharibəyə getmək istədiyini bildirəndə onu baş leytenant Ruslan Polovinkonun komandiri olduğu Mi-24 vertolyotuna bort-atıcı təyin edilir.

6 avqust 1992-ci ildə Qasapet yüksəkliyindəki döyüşçüləri xilas etmək üçün havaya qalxan hərbi vertolyot üç dəfə uçuş edərək yerdəki erməni mövqelərini atəşə tutdu və buradakı erməni bölüyünü məhv etdi. Dördüncü uçuş zamanı Cavanşir artıq yaralı olsa da, uçuşa hazır olduğunu bildirir və yenidən havaya qalxan vertolyot Qasapet istiqamətində güclü raket atəşinə tutularaq vurulur. Bu zaman zərbənin gücündən Cavanşir yaxınlıqdakı taxıl zəmisinə düşür. Bir aydan sonra mal-qara otaran çoban Cavanşirin meyitinə rast gəlir və yaxınlıqdakı hərbi hissəyə bildirir. 1992-ci il sentyabr ayının 9-da Müdafiə Nazirliyinin işçiləri və Cavanşirin atasının iştirakı ilə dəfn edilir.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Rəhimov Cavanşir İzzət oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Реклама

Обсуждение закрыто.