ŞƏHİDLƏRİ UNUTMAYAQ: BAKILI QƏHRƏMAN ELDAR TAĞIZADƏ

Стандартный

ELDAR TAĞIZADƏ

Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur.  1980-cı illərdə Nəsimi rayonundakı 164 saylı məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyində əməliyyat müvəkklili vəzifəsində çalışırdı.

Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi. 3 iyun 1992-ci il Tağızadə yenidən Qarabağa göndərildi. Həmin gün kapitan qəhrəmancasına həlak olur.

Ailəli idi, iki övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 3 sentyabr 1992-ci il tarixli 162 saylı fərmanı ilə Tağızadə Eldar Abdulla oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Обсуждение закрыто.