31 MAY GÖRKƏMLİ ŞUŞALI MÜĞƏNNİ ZÜLFÜ ADIGÖZƏLOVUN DOĞUM GÜNÜDÜR

Стандартный

zulfi_adigozalov

Zülfü Səməd oğlu Adıgözəlov — Azərbaycan xanəndəsi, muğam bilicisi, təsnif və xalq mahnılarının təfsirçisi və təbliğatçısı, Azərbaycanın əməkdar artisti (1943).

 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. Şuşada muğam axşamlarından birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir. 1927-ci ildə Bakıya köçərək «Müdafiə evi»ndə (indiki filarmoniya) işləmək üçün Ü.Hacıbəyov, Q,Pirimov, M.Maqomayev və b. qarşısında imtahan vermiş, eyni zamanda radio verilişləri komitəsinə işə qəbul olunmuşdu. Zülfü Adıgözəlov 1963-cü ildə Bakıda vəfat etmişdir.

Bəstəkar Vasif Adıgözəlovun atasıdır.

Bəstəkar Yalçın Adıgözəlovun babasıdır.

Zülfü Adıgözəlov muğam dəstgahını tam şəkildə, bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Tanınmış xanəndələrdən Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, İldırım Həsənov, Ağaxan Abdullayev, Tələt Qasımov və s. onun məktəbinin davamçılarıdırlar.

Реклама

Обсуждение закрыто.