28 MAY 1992-Cİ İLDƏ NAXÇIVANLA TÜRKİYƏ ARASINDA KÖRPÜ AÇILIB

Стандартный

Bir şəklin tarixçəsi: Heydər Əliyev və İsa Qəmbər Naxçıvanda bir yerdə
KÖRPÜ

1988-90-cı illərdə müstəqillik uğrunda aparılan mübarizədə hamı bir nöqtəyə vururdu. Hədəf ölkənin azadlığı və firavanlığı idi. Geridə qalan o illər özü ilə nəsillər arasında harmoniyanı və münasibətləri də formalaşdırırdı.

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu unikal fotoşəkildə əks olunduğu kimi…

Müstəqil Azərbaycan Respublikasının 7-ci ayı… Tarix — 28 may 1992-ci il, məkan — Naxçıvan Muxtar Respublikası, Sədərək rayonu…
Sədərək ərazisində Araz çayı üzərində Azərbaycanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü”nün açılış mərasimidir. Hələki Azərbaycanda hamı siyasət romantik şüarlarla yaşayır. Sovet İmperiyasının girdabından qurtaran Azərbaycan vətəndaşları böyük ümidlərlə istiqlal şərbətinin həzzini dadmağa can atırlar. Bu siyasət özünün ağır fəsadlarının nümayişini də gecikdirməyib…
10 gün əvvəl Laçın, 20 gün əvvəl isə Şuşa işğal edilib. Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlib…

Fotoşəkil o dövrün romantik siyasi jestlərinin açıq nümayişidir: Azərbaycan Ali Sovetinin sədri, Prezident səlahiyyətlərini icra edən İsa Qəmbər, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev, istiqlal şairi Xəlil Rza… Heydər Əliyevin arxasında dayananlardan biri cəbhə hakimiyyəti dövründə «Azərbalıq» Dövlət Konsernin sədri Hafiz Hacıyevdir.

Bu tədbirə qardaş Türkiyədən də böyük nümayəndə heyəti qatılmışdı…
1992-ci il may ayının 28-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl 60 millət vəkili və 40-dan çox nüfuzlu kütləvi informasiya vasitələri nümayəndələri ilə birgə Araz çayı üzərində uzunluğu 288 metr, eni 12 metr, ümumi smeta dəyəri 5 milyon manat olan yeni körpünün — «Ümid körpüsu»nün açılışını etmək üçün Naxçıvana gəldi.

1992 – ci il may ayının 28-də təntənəli şəkildə açılan bu tarixi körpü 90 – cı illərin əvvəllərində NMR-nın məruz qaldığı nəqliyyat blokadasının aradan qaldırılmasında çox faydalı oldu.

Обсуждение закрыто.