23 MAY 1923-CÜ İLDƏ AZƏRBAYCAN MİLLİ KİTABXANASININ AÇILIŞI OLUB

Стандартный

Азербайджанская_национальная_библиотека

Kitabxana Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının 13 noyabr 1920-ci il tarixli 53 nömrəli qərarına əsasən yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. 

Kitabxana 1922-ci ildə yaradılmış, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur.  Kitabxana yarananda onun fonduna İmperator Texniki Cəmiyyətinin Bakı şöbəsinin və Bakı İctimai Cəmiyyətinin kitabxanalarının fondlarından 5000 nüsxə kitab verilmişdir.

1923-cü ildən sürətlə inkişaf etməyə başlayan kitabxana əsas diqqəti fondunu komplektləşdirməyə vermişdir 13 nəfər işçi ilə fəaliyyətə başlayan kitabxananın ilk direktoru Müseyib Səlimov olmuşdur. Kitabxanada oxu zalı 1927-ci ildə açılmış, hər gün saat 10-dan axşam saat 10-a kimi işləmişdir.

Kitabxana Azərbaycan Elmlər Akademiyasının binasında bir neçə otaqda yerləşirdi. Bu da onun iş fəaliyyətini genişləndirməyə imkan vermirdi. Buna baxmayaraq artıq 1928-ci ildə kitabxana 6 şöbədən: Şərq, Rus, Qərbi Avropa, Xüsusi şöbə, Xidmət və Biblioqrafiya bürosundan ibarət idi. İşçilərinin sayı isə 29-a çatmışdır. 

1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilmişdir.

Bakı şəhərində, Xaqani küçəsi 29 ünvanında yerləşir. Azərbaycanın ən böyük kitabxanası olaraq Qafqazda və Avropada ən böyük milli kitabxanalardan biridir. Kitabxananın fondlarında saxlanılan nəşrlərin sayı 5 milyon ədəddən artıqdır.

Реклама

Обсуждение закрыто.