23 MAY 1524 — ŞAH İSMAYIL XƏTAİNİN VƏFATI

Стандартный

Shah_Ismail_I                                                                               portretin müəllifi naməlum Venetsiya rəssamıdır

Şah İsmayıl, I İsmayıl və ya Şah I İsmayıl tam adı: Şah İsmayıl Şeyx Heydər oğlu Səfəvi; d. 23 iyul 1487, Ərdəbil – ö. 23 may 1524, Sərab) — Səfəvi təriqətinin rəhbəri (şeyxi) (1494—1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; klassik Azərbaycan şairidir. Bədii əsərlərini «Xətai» və ya «Xətayi» təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar Şah İsmayıl Xətai/Xətayi olaraq da tanınır. Azərbaycan dili tarixdə ilk dəfə dövlət dili kimi Şah İsmayıl zamanında istifadə olunmuşdur. Hakimiyyəti dönəmində Azərbaycan, İran, Şərqi Anadolu, İraqi-Əcəmi vahid dövlətdə birləşdirmişdir.

Şah İsmayıl Xətai. Bayatılar

Xətayi, can arxına, 
Əhli-ürfan arxına.
Mə’rifətdən su gəlib,
Tökülür can arxına.

Könül vermə nadana,
Haqqı inkar edənə,
Müridəm, haqq demişəm
Məhəbbət xanadana.

Xətayim der bayağı,
Atılandır bayağı,
Quşlarda nə quşu var,
Təpəsində ayağı?

Xətayiyə han gəldi,
Mürdə cismə can gəldi,
Yə’qubi-zar оlmuşam,
Yusifi-Kən’an gəldi.

Xətayiyəm, xəttaram,
Həq sirrinə səttaram,
Həkimlərin dərmanı,
Təbiblərə əttaram.

Xətayiyəm bir halım,
Əlif üstündə dalam.
Sufiyəm təriqətdə,
Həqiqətdə abdalam.

Xətayim, ver cəvablən,
Qırmızı gül gülablən,
Səndən can əsirgəməm,
Zira kim, bir hesablən.

Xətayi Mehdi оldu.
İmamlar cəhdi оldu,
Gətir, getdi qəm-qüssə,
Şadilik vaxtı оldu.

Xətayi, işin düşər,
Gəlib-gedişin düşər,
Dişləmə çiy löqməni,
Yerinə dişin düşər.

Реклама

Обсуждение закрыто.