ŞƏHİDLƏRİ UNUTMAYAQ: QUBADLILI QƏHRƏMAN KƏRƏM MİRZƏYEV

Стандартный

Kerem-Mirzeyev-milliqehrean

Mirzəyev Kərəm Ərşad oğlu 20 may 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuşdur.  1978-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstituna daxil olmuşdur. 1983-1985-ci illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildə Qubadlı rayonunda sahə müvəkkili kimi işə başlayır. Müharibə başlayanda Kərəm baş leytenant idi və doğma Xanlıq kəndində sahə müvəkkili işləyirdi.

Vətən torpağının xilas olması Kərəm Mirzəyevin yeganə arzusuna çevrildi. Bir sıra döyüşlərdə şücaət və cəsarət göstərdi. Kərəm Novlu, Seytas, Əyin və başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdu. «Laləzar» əməliyyatının keçirilməsində büyük xidməti olmuşdur.  1992-ci il oktyabr ayının əvvəllərində ermənilər Laçın rayonunun Mazutlu kəndinə hücum etdilər. Mühasirəyə düşən döyüşçü yoldaşlarını xilas edən Kərəm 1992-ci il 1 oktyabrda Mazutlu kəndi uğrunda gedən döyüşdə düşmən gülləsinə rast gəldi və qəhrəmancasına həlak oldu.

Yenicə ailə qurmuşdu, bir oğlu vardı.

Mirzəyev Kərəm Ərşad oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Özü isə anadan olduğu və ürəyi qədər sevdiyi Qubadlı rayonunun Xanlıq kəndində torpağa tapşırıldı.

Обсуждение закрыто.