19 MAY — ŞAİR RƏSUL RZANIN DOĞUM GÜNÜ

Стандартный

Rəsul_Rza

Rəsul Rza (tam adı: Rzayev Rəsul İbrahim oğlu; d. 19 may 1910, Ucar – ö. 1 aprel 1981, Bakı) — şair, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən Azərbaycan YB-nın üzvü, Sosialist Əməyi Qəhrəmanı (1980), Azərbaycanın Xalq şairi (1960), Stalin mükafatı laureatı (1951), Azərbaycanın Əməkdar incəsənət xadimi (1945).

 

 

SORUŞ

Od nə çəkdi, küldən soruş!

 Baş nə çəkdi, dildən soruş!

 İşə susuz barmaqların kədərini insan bilir.

Nəğmələrin həsrətini bir qırılmış teldən soruş!

Ömrün çətin yollarında

daşa ləpir salsa ayaq,

gün nə çəkdi, ildən soruş!

Zülmətliyin möhnətini kor söyləsin!

Bəm xalların fəryadını zildən soruş!

Mən kölgəsiz bağ görmədim,

El dərdi tək dağ görmədim.

Gözlərimi yumub açdım,

Neçə dostu sağ görmədim.

 Nələr çəkdi çaylaq daşı, seldən soruş!

Yollar uzun, mənzil uzaq.

Sərt daşlara dözmür ayaq.

Dözsün gərək. Dözsün gərək.

Kim zirvəyə qalxar, deyin,

yollar boyu hər pilləni

 birgünləri, yüzilləri

 qəlbimizlə, beynimizlə, ömrümüzlə doldurmasaq.

Mən yolçuyam, Mən yoldayam.

Od nə çəkdi, küldən soruş!

Hansı şerim, hansı sözüm yaşayacaq məndən sonra?

 Mən bilmirəm, eldən soruş

Реклама

Обсуждение закрыто.