“ÇÜNKİ OLDUN DƏYİRMANÇI…”

Стандартный
“ÇÜNKİ OLDUN DƏYİRMANÇI…”

“KOROĞLU”. “HƏMZƏNİN QIRATI APARMASI “ QOLU

       “ÇÜNKİ OLDUN DƏYİRMANÇI…”

 

Çünki oldun dəyirmançı
Çağır gəlsin dən Koroğlu!
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan Koroğlu!

 
Qırat əldən getdi, barı,
Canda qaldı intizarı.
Üyüd arpa, buğda, darı,
Al şahadın sən, Koroğlu!

 
Uca dağlarda döşlətdin,
Ağır alaylar boşlatdın,
Yüz il lotuluq işlətdin,
Axır oldun xam, Koroğlu!

 
Özün allatdırdın büyün,
Sinəmə çəkildi düyün,
Gedin dəlilərə deyin,
İşə düşdüm mən Koroğlu!

Реклама

Обсуждение закрыто.