ŞƏHİDLƏRİ UNUTMAYAQ: GÜRCÜSTANLI QƏHRƏMAN CƏLİL SƏFƏROV

Стандартный

CƏLİL SƏFƏROV

Cəlil Səfərov 28 yanvar 1962-ci il Gürcüstan Respublikası Marneuli rayonunun Lejbəddin kəndində doğulmuşdur. Ailəlikcə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci illərdə buradakı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə C.Naxçıvanski adına ali Hərbi Litseyə qəbul edilmişdir. 1980-cı ildə təhsilini başa vuraraq Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbinə daxil olur. 1984-cü ildən Qzaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləyir, 8 il sonra Azərbaycana qayıdır.

Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit xidməti başa çatdıqdan sonra burada qalır. Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq edirdi. Cəlilin başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdi. 15 may 1992-ci il Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit qəhrəmancasına həlak oldu.

Ailəli idi, iki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə kapitan Səfərov Cəlil Əziz oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

 

Реклама

Обсуждение закрыто.