15 MAY GƏNCƏLİ DRAMATURQ VƏ NASİR ALTAY MƏMMƏDOVUN DOĞUM GÜNÜDÜR

Стандартный

Altay_Məmmədov

Məmmədov Altay Yusif oğlu – nasir, dramaturq, ədəbiyyatşünas, tərcüməçi.

Altay Yusifoğlu 1930-cu il mayın 15-də Gəncə şəhərində doğulmuşdur. Orada 4 saylı fəhlə-gənclər məktəbini bitirmiş, 1943-1949-cu illərdə saatsaz şagirdi, usta köməkçisi və usta peşələrində işləmişdir. Sonra H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsinə daxil olmuşdur (1949). Həmin institutu fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş müəllim vəzifəsində saxlanmışdır.

Ədəbi fəaliyyətə 1950-ci ildə «Ədəbiyyat qəzeti»ndə dərc edilən «Fəhləlikdən alimliyə» adlı oçerki ilə başlamışdır. Sonra kiçik hekayələri ilə diqqəti cəlb etmişdir. 1953-cü ilin mayından «Kirovabad kommunisti» qəzeti redaksiyasında məsul katib (1955), Azərbaycan Yazıçılar İttifaqı Gəncə fılialının sədri (1962), H.Zərdabi adına GDPİ-nin elmi işlər üzrə prorektoru (1970-1974), həmin institutun Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasının dosenti (1974-2003) olmuşdur. 1959-cu ildən altı dəfə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir. Onun «Həmyerlilər», «Kişilər», «Yadındamı», «Ulduzlar görüşəndə» və b. dram əsərləri Azərbaycanda, eləcə də Rusiyada, Tacikistanda, Bolqarıstanda, Türkiyə və İranda tamaşaya qoyulub, bir sıra əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik və tamil dillərinə tərcümələrdə çap edilib. 2003-cü il iyulun 15-də Gəncədə vəfat etmişdir.

«Həmyerlilər» televiziya filminə bu ünvanda baxa bilərsiniz:

http://azerikino.com/hemyerliler-tv.html

Реклама

Обсуждение закрыто.