11 MAY — LAÇINLI ŞƏHİD YUSİF BAYRAMOVUN BU GÜN 50 YAŞI TAMAM OLARDI

Стандартный
11 MAY — LAÇINLI ŞƏHİD YUSİF BAYRAMOVUN BU GÜN 50 YAŞI TAMAM OLARDI

Yusif Əli oğlu Bayramov 11 may 1966-cı ildə Laçın rayonunda andan olub. 1973-1981-ci illərdə Laçın rayonundakı 1 saylı orta məktəbdə təhsil alıb. Sonra 127 saylı TPM-ə daxil olub. 1984-cü ildə traktorçu –maşinist ixtisası ilə TPM-ni bitirib.

1984-1986-cı illərdə Sverdlovsk şəhərində həqiqi hərbi xidmət çəkib. Hərbi xidmətini başa vurduqdan sonra Laçına qayıdıb və əvvəlcə Laçın qaz tikinti idarəsində, sonra isə tikinti idarəsində qaynaqçı işləyib.

1988-ci ildə Ermənistanın Azərbaycan Respublikasına təcavüzü başlayanda Laçın rayonunda yaradılan könüllü hərbi dəstələrdə, sonra könüllü özünümüdafiə batalyonunun tərkibində erməni quldur birləşmələrinə qarşı gedən döyüşlərdə iştirak edib. Yusif Laçın rayonunun Tığıkl, Tığıkll, Zerti, Alxaslı, Mişni, Pircahan, Qoşasu, Qorçu, Ərikli, Vağazin kəndləri uğrunda gedən döyüşlərdə şəxsi igidlik göstərib. Dəfələrlə düşmən arxasına kəşfiyyata gedib.

1992-ci ildə Laçın rayon DİN-nin PPX batalyonuna sıravi heyətə işə qəbul edilib. 1993-cü il martın 26-da Kəlbəcər və Laçın rayonlarının sərhəddində — Tumel deyilən yerdə Milli ordumuz iri birləşmələrin mühasirəsinə düşən vaxt Yusif erməni quldurlarının arxasına keçə bilir, qrantamyotla 3 ədəd ağır texnikanı və 30-a yaxın erməni yaraqlısını məhv edərək, mühasirəyə düşmüş ordu hissələrimizin mühasırədən çıxmasına səbəb oldu. Əli kişinin oğlu Zakir 1988-1992, Nəsib 1988-1993, Xaqani 1993-1994-cü illərdə erməni təcavüzkarlarına qarşı müharibədə iştirak edib.

Füzuli Horadiz-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı Yusif bu rayonların kəndlərinin azad olunmasında qəhrəmanlıqla vuruşub.

21 aprel 1994-cü ildə Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən ağır döyüşdə igidliklə döyüşərək şəhid olmuşdur. Subay idi. Məzarı Bakı şəhərində Şəhidlər Xiyabanındadır.

 

Реклама

Обсуждение закрыто.