ŞƏHİDLƏRİ UNUTMAYAQ: LAÇINLI XAQANİ AXUNDOV

Стандартный

Xaqani_Axundov

Axundov Xəqani Həsən oğlu 10 may 1950-ci il tarixdə Laçın rayonunun Kürdhacı kəndində anadan olmuşdur.

1967-ci ildə Şuşa Kənd Təsərrüfatı Texnikumunun baytarlıq şöbəsinə daxil olur. 1970-ci ildə təhsilini vuraraq hərbi xidmətə çağırıldı. 1972-ci ildə   Moskva ətrafında hərbi xidmət borcunu yerinə yetirərək  dogma kəndinə qayıtdı və «28 aprel kolxozu»nda ilk əmək fəaliyyətinə başladı.

Qarabağ ərazisinin hər bənd-bərəsinə, cığırına ovcunun içi kimi bələd olan döyüşçü 15 sentyabr 1992-ci ildə N saylı hərbi hissənin kəşfiyyat bölüyündə hərbi xidmətə başladı. Hərbi xidmət göstərdiyi müddətdə özünü çox bacarıqlı, nizam-intizamlı, öz işinin bilicisi olan bir hərbiçi kimi tanıtmışdır.

Keçirilən bütün hərbi əməliyyatlar zamanı ön cərgədə olan Xəqani Axundova Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 31 dekabr 1992-ci il tarixli əmri ilə kizir rütbəsi verildi.

Ölümündən sonra «İgidliyə görə» medalı ilə təltif edilmişdir

Subay idi.

kurdhaci

KÜRDHACI KƏNDİ

Реклама

Обсуждение закрыто.