ŞƏHİDLƏRİ UNUTMAYAQ: HACIQABULLU FƏRMAN SÜLEYMANOV

Стандартный

Fərman_Süleymanov_(şəhid)

Fərman Salman oğlu Süleymanov 18 noyabr 1980-ci ildə anadan olmuşdur. 4 yanvar 1999-cü ildə Hacıqabul rayonundan hərbi xidmətə çağırımış, 2000-ci ilin 7 may tarixində Tərtər rayonu uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərək şəhid olmuşdur.

Hacıqabul şəhərində dəfn olunmuşdur.

Evi uçan şəhid ailəsi çarəsiz qalıb – Hacıqabulda

http://simsar.az/news/a-61247.html

“İcra hakimiyyətindən bizə tapşırdılar ki, soruşan olsa deyin, bizə yaxşı baxırlar”.

Hacıqabul rayon İcra Hakimiyyəti şəhid ailələrinə qarşı diqqətsizliyi israrla davam etdirir. Simsar.az-a Hacıqabul rayonundan daha bir şəhid ailəsinin evinin yarasız vəziyyətdə olmasıyla bağlı şikayət daxil olub.

Belə ki, Hacıqabul rayonu Məmmədəmin Rəsulzadə 29 ünvanında yaşayan, şəhid atası Süleymanov Salman evlərinin yararsız vəziyyətdə olduğunu bildirib. Şəhid atası problemlə bağlı rayon icra hakimiyyətinə müraciət etdiklərini, lakin  onlara heç bir köməklik göstərilmədiyini qeyd edib.

“Evimizin bir tərəfi uçdu. Təmir edə bilmək üçün bankdan kredit götürdüm. Ancaq tam təmir etməyə pulumuz yetmədi. Evin təmirinə kömək etmələri üçün, oktyabr ayının 15-i icra hakimiyyətinə məktub yazdıq, evin şəkillərini də çəkib göndərdik. Amma müraciətimizə məhəl qoyan olmadı”.

  1. Süleymanov onu da bildirdi ki, icra hakimiyyətinin nümayəndəsi onların evinə gələrək, kimsəyə şikayət etməmələrini tapşırıb. “Oktyabrda Hacıqabula şəhid gətirilmişdi. Bir neçə jurnalist də gəlmişdi. Həmin gün icra hakimiyyətinin nümayəndəsi gəlib bizə tapşırdı ki, əgər jurnalistlər sizi sorğu-sual etsələr, deyin ki, icra hakimiyyəti bizə yaxşı baxır”.

Qeyd edək ki, şikayətçinin oğlu Süleymanov Fərman Salman oğlu, 2000-ci ildə Tərtər rayonunda şəhid olub.

Vüsal Qarayev

11 Noyabr, 2014 

 

Реклама

Обсуждение закрыто.