ŞƏHİDLƏRİ UNUTMAYAQ: ÇUXURYUDLU GƏNC RƏSSAM SAMİR KAÇAYEVİN DOĞUM GÜNÜ

Стандартный

Samir.Kaçayev

Samir Kaçayev Şamaxı rayonunun Çuxuryurd kəndində anadan olmuşdur.2011-ci ildə orta məktəbi bitirən Samir Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının heykəltərəşlıq fakultəsinə daxil olmuş və 2015-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir.Həmin il Samir magistraturaya daxil olmuş və iyul ayında Tərtərə hərbi xidmətə yola düşmüşdür.

Samir Kaçayev istedadlı heykəltəraş,Akademiyanın olduqca istedadlı və sevilən tələbələrindən olmuşdur. Tələbə yoldaşları arasında istedadı eyni zamanda səmimiyyəti, əxlaqı və gözəl ürəyi ilə sevilib-seçilən biri kimi xatırlanır.Samir Kaçayev tələbəlik illərində bir sıra tədbirlərdə, sərgilərdə əsərləri ilə iştirak etmişdir. Belə ki, 2014-cü ildə “AZNAR “ sərgisində, “Milli Dəyərlər” sərgisində, eyni zamanda ölkənin hüdudlarından kənardakı sərgilərdə 2014-15-ci illərdə “Hamı Birlikdə” adlı sərgidə, Heydər Əliyev Fondu, Bakı 2015 İlk Avropa Oyunları, Fransa, Türkiyə, İsveçrə sərgilərində aktiv iştirakı ilə yadda qalmışdır. İstedadlı heykəltaraşın əsərləri şəxsi kolleksiyalarda saxlanılır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu olan Samir Kaçayev 2016-cı ilin 2 aprel tarixində Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olmuşdur. 4 aprel tarixində isə Samir Kaçayev doğulduğu Şamaxı rayonunun Çuxuryurd kəndində torpaqa tapşırıldı.

vikipediya

Обсуждение закрыто.