ŞƏHİDLƏRİ UNUTMAYAQ: AĞSTAFALI QƏHRƏMAN İLHAM HƏSƏNOV

Стандартный

İlham_Həsənov

İlham Gülağa oğlu Həsənov  6 may 1976-cı ildə Ağstafa rayonunun Xətai kəndində anadan olmuşdur. 1994-cü ildə Milli Orduya çağırılır. O tez bir zamanda əsgər və zabitlərin hörmətini qazanır. Hərbi təlim yarım il çəkir sonra isə cəbhə… İlham cəbhədə təzəcə əməliyatlara qoşulmağa başlamışdı ki Mart hadisələri baş verdi.

Öz Dövlətinə, Rəhbərinə, Xalqına xidmət edən İlham Həsənov Mart hadisələri zamanı dəstənin zərərsizləşdirilməsində canından keçən neçə-neçə vətən oğullarından biri oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Həsənov İlham Gülbala oğluna ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Ağstafa şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Обсуждение закрыто.