ŞƏHİDLƏRİ UNUTMAYAQ: MİNGƏÇEVİRLİ QƏHRƏMAN RƏŞAD MİRABOV

Стандартный

 

rəşad mirabov

Rəşad Akif oğlu Mirabov 3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 7 saylı orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər cəbhəsində xidmət etmişdir. Bir müddət Tərtərdə Ermənistan işğalçılarına qarşı döyüşmüş, sonra Füzuli cəbhəsinə göndərilmişdir. Sonrakı illərdə əvvəlki hərbi hissəsində xidmətini davam etdirmişdir.

1995-ci il mart hadisələri zamanı həlak olmuşdur.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Subay idi.

Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.

4 aprel 1995-ci il tarixli 307 saylı fərmanla ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

 

Реклама

Обсуждение закрыто.