ŞƏHİDLƏRİ UNUTMAYAQ: LAÇINLI ZABİT ƏRƏSTUN KƏRİMOV

Стандартный

Ərəstun_Kərimov

Ərəstun Əhməd oğlu Kərimov 3 may 1956-cı ildə Laçın rayonunun Mişni kəndində anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda mühəndis-elektromexanik ixtisasına yiyələnib. Qarabağ müharibəsinə qədər Bakı Elektroterm avadanlıqları zavodunda işləyib.

Ərəstun Kərimov 1992-ci ildə Bakı Ali Hərbi Komandirlər Məktəbinin müdavimi olub. Baş leytenant xidmət etdiyi poliqonda olarkən taqım komandiri vəzifəsini daşıyıb. Ərəstunun komandirlik etdiyi taqım ilk dəfə 1993-cü il martın 10-da taborun başqa bölmələri ilə birlikdə döyüş zonasına göndərildi. Martın 15-də Ərəstun öz taqımı ilə ilk döyüşdə iştirak etdiBu döyüşdə Kərimovun taqımı düşmənin iki PDM-ni və bir tankını vurub sıradan çıxartdı.

Martın 24-də düşmənin daha böyük qüvvə ilə həmləsi yenə də boşa çıxdı. Düşmənin texnika və canlı itkisi komandanlıq tərəfindən diqqəti özünə cəlb etdi. Ən ağır müdafiə sahəsi Ərəstun və onun əsgərlərinə etibar edildi. 1993-cü il martın 28-də düşmənlər yeni qüvvə ilə Ərəstunun taqımının müdafiə zonasına hücum etdilər. Düşmən xeyli itki versə də, əsgərlərimizin mövqeləri arxasına keçə bildilər. Ərəstun və üç əsgəri mühasirəyə düşdülər. Artıq patron qurtarmışdı, düşmən isə səngərin önündə idi.. Əsir düşməmək üçün Ərəstun və 3 əsgəri özlərini qumbara ilə partlatdılar.

Ərəstunun arvadı Mənsumə ərnin yadigarı olan Sahil və Röya balalarını Ərəstunun arzuladığı kimi böyütdü. Oğlu Sahil 587 balla BDU-nun iqtisadi kibernetika fakültəsinə daxil olub və oranı bitirdikdən sonra magistratura təhsili alır. Qızı Röya isə Diaqnostika Tibb Mərkəzinin əməliyyat şöbəsində tibb bacısı işləyir.

Həzi Aslanov qəsəbəsində (Xətai rayonu) 3-cü dairə küçəsinə Ərəstunun adı vermişdir.

vikipediya

Реклама

Обсуждение закрыто.