RUSİYANIN BİRİNCİ DÖVLƏT DUMASINDA SALYANLI DEPUTAT

Стандартный

Muradkhanov.jpeg (1)

Muradxanov Əsədulla bəy (1866, Salyan – 1942, orada) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır.

Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, «cəmiyyəti-xeyriyyə» yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s. xeyriyyə işləri ilə məşğul olmuşdur. Dövri mətbuatda çıxış etmiş, inqilabdan əvvəl «Brokhauz və Yefron ensiklopedik lüğəti»ndə məqalələri çap olunmuĢdur. Əsədulla bəy 1926-cı ildə Bakıya köçmüş və Qara Şəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışmışdır. 1929-cu ildən təqaüdə çıxmışdır.

O, 1942-ci ildə Salyanda vəfat etmişdir.

Əsədulla_bəy_Muradxanov-2.jpgƏsədulla bəy Muradxanov ailəsi ilə

VİKİPEDİYA

Реклама

Обсуждение закрыто.