Daily Archives: 27.04.2016

RUSİYANIN BİRİNCİ DÖVLƏT DUMASINDA SALYANLI DEPUTAT

Стандартный

Muradkhanov.jpeg (1)

Muradxanov Əsədulla bəy (1866, Salyan – 1942, orada) — ictimai-siyasi xadim, maarifpərvər-publisist. Rusiyanın 1-ci Dövlət Dumasının deputatı. Görkəmli pedaqoq-alim, professor Mərdan Muradxanovun atasıdır.

Qori Müəllimlər Seminariyasını bitirmiş (1886), həmin ildən Kürdəmirdə müəllim işləmişdir. Uzun illərdən sonra müəllimlikdən uzaqlaşan Əsədulla bəy Cavad qəzasının kəndlilərlə əlaqə şöbəsində kargüzar və tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1906-cı ildə Bakı quberniyasının Cavad qəzasından Rusiyanın 1-ci Dövlət Dumasına deputat seçilmişdir. Dumada Xalq Azadlıq Partiyasına mənsub olmuşdur. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyevlə birlikdə çarizmin Rusiya imperiyasında yaşayan xalqlar arasında ədavət salmaq siyasətinə qarşı çıxmış, qeyri-rus xalqlarını milli muxtariyyəti ideyasını müdafıə etmişdir. Duma çar Nikolay tərəfindən qovulduqdan sonra Muradxanov Peterburqdan Salyana qayıtmış, burada bir neçə maarifçinin fəal iştirakı ilə əhali arasında mədəni-maarif işləri aparmış, «cəmiyyəti-xeyriyyə» yaratmış, kitabxana-qiraətxana açmış, həvəskar teatr cəmiyyəti təşkil etmiş və s. xeyriyyə işləri ilə məşğul olmuşdur. Dövri mətbuatda çıxış etmiş, inqilabdan əvvəl «Brokhauz və Yefron ensiklopedik lüğəti»ndə məqalələri çap olunmuĢdur. Əsədulla bəy 1926-cı ildə Bakıya köçmüş və Qara Şəhərdə mülki məhkəmənin sədri vəzifəsində çalışmışdır. 1929-cu ildən təqaüdə çıxmışdır.

O, 1942-ci ildə Salyanda vəfat etmişdir.

Əsədulla_bəy_Muradxanov-2.jpgƏsədulla bəy Muradxanov ailəsi ilə

VİKİPEDİYA

Реклама

27 APREL 1906 — RUSİYANIN I DÖVLƏT DUMASI İŞƏ BAŞLAYIB

Стандартный
27 APREL 1906 — RUSİYANIN I DÖVLƏT DUMASI İŞƏ BAŞLAYIB

1906 — Sankt-Peterburqda Rusiya imperiyasının parlamenti — I Dövlət Duması fəaliyyətə başlayıb. Azərbaycanda seçkilər bir qədər gec, may ayında keçirildiyi üçün azərbaycanlı deputatlar Dumanın işinə sonradan qoşuldular.

Dumaya beş azərbaycanlı deputat — Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev,  Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov seçilmişdi. 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı və müsəlman fraksiyasına Ə. Topçubaşov rəhbərlik edirdi.

ПЕРВАЯ ГОСУДАРСТВЕННАЯ ДУМА — ( 524 депутата)
(27 апреля 1906 — 9 июля 1906 -72 дня)

Азербайджанские депутаты

1. Алиев Мамед Таги,48 лет, купец (окончил Петровскую сельхозакадемию в Москве)

2. Мурадханов Асадулла бек, 40 лет (окончил учительскую семинарию; письмоводитель в Джавадском уезде Бакинской губернии)

3. Топчибашев Али Мардан бек, 42 года (окончил юр.фак. ПГУ; гласный Бакинской городской думы, присяжный поверенный; редактор газеты «Каспий»)

4. Зиятханов Исмаил хан, Абульфат оглы, 39 лет (юр.фак. МГУ; товарищ прокурора при Тифлиском окружном суде)

5. Ахвердов (Агвердиев?) Абдурагим бек, 36 лет (прослушал Восточного факультета ПГУ; драматург)

27 APREL 1920 — RUSİYANIN 11-Cİ ORDUSU BAKIYA DAXİL OLUB

Стандартный

В середине апреля 1920 г. части 11 Армии РККА, разбив остатки войск Деникина, подошли к северным границам Азербайджана. Воспользовавшись тем, что Азербайджан перебросил практически все свои войска в Карабах, 27 апреля части 11 Армии перешли азербайджанскую границу и, не встретив существенного сопротивления, 28 апреля вошли в Баку. АДР прекратила существование, и была создана Азербайджанская Советская Социалистическая Республика.

27 aprel 1920 – Bolşevik Rusiyasının 11-ci ordusu Bakıya daxil olub. Bu vaxt Xalq Cümhuriyyətinin ordu hissələri Qarabağda və Gəncəbasarda qiyamçı erməni qüvvələri ilə döyüşdə idi, azsaylı sərhəd qoşunları isə rus ordusuna müqavimət göstərə bilməmişdi. Bolşevik rəhbərliyi – Azərbaycan K(b)P MK və Rusiya K(b)P Qafqaz Diyar Komitəsinin Bakı Bürosu hakimiyyəti təhvil vermək barədə Xalq Cümhuriyyətinin parlamentinə ultimatum verib. Vəziyyəti real dəyərləndirən parlament gərgin müzakirələrdən sonra ultimatumla razılaşıb və axşam saat 23.45-də hakimiyyətin kommunistlərə verilməsi barədə qərar qəbul edilib. Parlamentin qərarında Azərbaycanın istiqlalının və ərazi bütövlüyünün qorunması, Milli Ordunun saxlanılması, siyasi partiyalara fəaliyyət azadlığı, Cümhuriyyətin dövlət xadimlərinə təqiblərin olmaması barədə şərtlər yer almışdı. Lakin bolşeviklər bu şərtlərin heç birini saya salmadı.

Bundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı.

Красная_армия_в_Баку,_май_1920_г.

Красная армия в Баку, май 1920 г.

27 APREL — ŞƏKİLİ MİLLİ QƏHRƏMAN MİKAYIL CƏBRAYILOVUN DOĞUM GÜNÜ

Стандартный

Mikayıl_Cəbrayılov

Mikayıl Cəbrayılov 27 aprel 1952-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun («Armed Mişel») ailəsində doğulmuşdur.  O, səkkizinci sinfə qədər  kənddə oxumuş, sonra isə təhsilini Şəki şəhər 5 saylı fəhlə gənclər məktəbində davam etdirmişdir. 1971-ci ildə Şəki Şəhər Daxili İşlər Şöbəsində milis nəfəri vəzifəsinə qəbul edilir.

Daha sonra Milis məktəbinə daxil olur, 1978-ci ildə bu məktəbi bitirir, leytenant rütbəsi alır və sahə müvəkkili təyin edilir.

1990-cı ildə Mikayıl dörd nəfər polislə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini müdafiə etməli idilər. Bir müddət sonra o Kosalara, əhali üçün ayrılmış taxılı gətirməyə gedir. Cəmilli-Kosalar arasındakı yolda qəflətən erməni quldurları onlara basqın edir. Zabitlərdən biri snayper gülləsindən ağır yaralanır, erməni basqınçıları ilə ölüm-dirim savaşına atılan Mikayıl çiynindən güllə yarası alır. Buna baxmayaraq o təslim olmur və 1990-cı il 15 dekabrda əsir düşən döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına son anadək vuruşaraq döyüş meydanında həlak olur.

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adına layiq görülmüşdür.

Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.

Mikayılın adına Şəki şəhərində küçə var.

Monument_and_grave_of_Mikayil_Jabrayilov_in_Okhud_village_of_Shaki.JPGOxud kəndində Mikayıl Cəbrayılovun məzarı

vikipediya