Daily Archives: 23.04.2016

BAKIDA «YENİ TATAR ŞEİRİ ANTOLOGİYASI» ÇAPDAN ÇIXIB

Стандартный

В БАКУ ИЗДАНА «АНТОЛОГИЯ НОВОЙ ТАТАРСКОЙ ПОЭЗИИ» НА АЗЕРБАЙДЖАНСКОМ ЯЗЫКЕ

Tatarıstan şairlərinin antologiyası ana dilimizdə çap edildi


Dünya Gənc Türk Yazarlar Birliyi  tərəfindən nəşrə hazırlanan, “yeni tatar şeiri antologiyası” adlanan kitab, tatar xalqının görkəmli oğlu, tatar ədəbiyyatının tanınmış nümayəndəsi, şair, publisist, tatar ədəbiyyatında tənqidi realizmin yaradıcısı, 27 yaşında bu dünyaya vida etmiş Abdulla Tukayın 130 illik yubileyinə ad edilib.
Moderator.az xəbər verir ki, nəşrin məsləhətçiləri millət vəkili prof.dr. Nizami Cəfərov, Tatarıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, Tatarıstan  Yazıçılar Birliyinin başqanı Rafis Qurban, Tatarıs¬tan¬da yaşayan soydaşımız, tanınmış vəkil İsmət Orucəliyevdir. 
Yeni antologiyanın tərtibçisi şair-publisist Əkbər Qoşalı, koordinatoru Tatarıstan Yazıçılar Birliyinin başqan müavini Rəmis Aymet, redaktorları DGTYB Məsləhət Şurasının üzvləri dr. Həyat Şəmi və filoloq Sərdar Şirvan, dizayneri Teymur Fərzidir. 
Millət vəkili  Cavanşir Feyziyevin “Ön Söz” yazdığı yeni nəşrdə, həmçinin tanınmış tatar ədibləri Çulpan Zərif Çətin, Robert Minnullin və Rədif Qataşın birgə hazırladığı “Tatar şeirinin (ədəbiyyatının) özəllikləri və tendensiyaları” adlı təhlil yazısı da yer alıb.
Antologiya Tatarıstan Yazıçılar Birliyinin təqdim etdiyi materiallar, habelə bir qismi gənc tatar şairlərinin şeir kitabları, yaxud onlar tərəfindən biləvasitə göndərilən şeirlər əsasında hazırlanıb.
Kitabda Tatarıstanın 23 istedadlı gənc şairinin (Rifat Salah, Fənil Gilaji, Bulat İbrahim, Şan (Alsu Nurqatina), Alyona Kərim, Aydar Camal, Daniya Nağimullina, Elnar Baynazar, Elvira Hadiyeva, Fidail (Fidail Mәjit), Gülnaz Əziz, Gülnaz Vəli, Gülnur Qurban, İlmira Kamayeva, Lenar Şeyx, Leniza Vəli, Leysan Fəthətdin, Liliya Qıybadullina, Luiza Yansuar, Rezeda Qobəyeva, Rüzəl Əhmədiyev, Rüzəl Mühəmmədşin, Yıldız Minnullina) şeirləri toplanıb. 
Şeirlər azərbaycancaya Afaq Şıxlı, Akəm Xaqan, Elxan Yurdoğlu, Elşad Barat, Əkbər Qoşalı, Faiq Balabəyli, Fərqanə Mehdi, və başqaları tərəfindən Azərbaycan türcəsində tərcümə edilib. 
Elmin Nuri
Реклама

23 APREL 1945 — SOVET İTTİFAQI QƏHRƏMANI MƏSTAN ƏLİYEV HƏLAK OLUB

Стандартный

МАСТАН АЛИЕВ
Алиев Мастан Астанович род. в 1918 в с.Асрик Джирдахан ныне Таузского р-на Азербайджанской ССР в семье крестьянина. 

Азербайджанец.
Образование среднее. Работал учителем н/средней школы. В Советской Армии с 1939.
С началом Великой Отечественной войны на фронте. Помощник командира стрелкового взвода 487-го стрелкового полка (143-я стрелковая дивизия, 47-я армия, 1-й Белорусский фронт) старшина Алиев отличился 16.4.1945 в бою при прорыве сильно укрепл. обороны противника на левом берегу Одера. После артиллерийской подготовки первым поднялся в атаку и увлек за собой товарищей. В этом бою лично уничтожил до двух десятков фашистов и вместе со взводом взял в плен 72 вражеских солдата и офицера.
Погиб в боях за Берлин 23.4.1945.
Звание Героя Советского Союза присвоено 31.5.1945 посмертно.
Награжден орденом Ленина, Богдана Хмельницкого 3 ст., Славы 3 ст., медалью.
Похоронен на северной окраине Альттреббин (8 км юго-восточнее г.Врицен, ГДР). Бюст Героя установлен в родном селе, там же его имя носит школа.

1918-ci ildə Tovuz rayonunun Əsrik Çırdaxan kəndində anadan olmuş və kənd məktəbində müəllim işləyən Məstan Əliyev 1939-cü ildə orduya xidmətə getmişdir. Müharibə başlandığı zamandan 47-ci ordunun tərkibində cəbhələrdə olmuş, Berlin ətrafında döyüşlərdə iştirak etmişdir. Starşina Məstan Əliyevin uğurlu döyüşlərindən biri 1945-ci ilin 16 aprelində Oder çayının sol sahilində oldu. Bu döyüşdə onun bölməsi 72 əsgər və zabitini əsir götürdü, şəxsən özü isə 20 nəfərə qədərə faşist məhv etdi. Məstan Əliyev aprelin 23-də Berlin uğrunda döyüşlərin birində həlak oldu.

Ona Sovet İttifaqı Qəhrəmanı adı 1945-ci il mayın 31-də verildi.

Almaniyada dəfn edilmişdir. Doğma kəndinin məktəbi onun adını daşıyır.