Daily Archives: 22.04.2016

AKTYUBİNSKİDƏN «ŞƏKİL»Lİ MƏKTUB

Стандартный

DÜNYAMALI

Dünyamalı Əliyev Cəlilabad rayonunun Məlikqasımlı kəndindədir. Otuz ildir Qazaxıstanın Aktyubinsk şəhərində yaşayır. Ötən ilin dekabrında oğlunun müalicəsiylə bağlı Samaraya gələndə bizim təşkilatın qonağı oldu, azərbaycanlı həkimlərlə görüşdə iştirtak etdi, Aktyubinskdə yaşayan azərbaycanlıların həyatından danışdı. Dünyamalı Əliyev orda soydaşlarımızın yaratdığı milli-mədəniyyət təşkilatınnı sədr müavinidir.

Dünyamalı bəy Aktyubinskidə qaz təchizatı sahəsində çalışır, boş vaxtlarını isə ictimai fəaliyyətə və uşaqlıqdan həvəs göztərdiyi rəngkarlığa və heykəltaraşlığa həsr dir. Bu günlərdə o, bir neçə işinin fotoşəklini bizə göndərib. Onlardan iksini “Ocaq” qəzetinin oxucularına təqdim edir, Dünyamalı Əliyevə və Aktyubinskdə yaşayan bütün soydaşlarımıza can sağlığı və iş uğurları arzulayırıq.

DÜNYAMALI PEYSAJ

DÜNYAMALI 1

KİTABİ-DƏDƏ QORQUD: QARACA ÇOBAN VƏ KAFİRLƏR

Стандартный

Nagahandan Qaracıq çobanın üzərimə altı yüz kafir qoyuldu. Kafir aydır:

Qaranqu axşam olanda qayqulu çoban,

Qarla yaqmur yağanda çaqmaqlı çoban,

Südü-peniri bol qaymaqlı çoban!

Qazan bəgin dünlügü altın ban evlərini biz yıqmışuz.

Tövlə-tövlə şahbaz atlarını biz binmişüz.

Qatar-qatar qızıl dəvəsini biz yetmişüz.

Qarıcıq anasını biz gətirmişüz.

Ağır xəzinə, bol aqçasını biz yaqmalamışuz.

Qaza bənzər qız-gəlini biz yesir etmişüz.

Qırq yigidlən Qazanın halalını biz gətirmişüz.

Bərə çoban, iraqından-yaqınından bəri gəlgil!

Baş endirib bağır basqıl!

Biz kafirə salam vergil!

Öldürməyəlim, Şöklü Məlikə səni ilətəyüm.

Sana bəglik alı verəlim!

Çoban aydır:

İlaqırdı söyləmə, mərə itim kafir!

İtümlə bir yalaqda yundum içən azğın kafir!

Altındakı alaca atın nə ögərsin,

Ala başlı keçimcə gəlməz mana!

Başındakı tutuğulqanı nə öyərsən, mətə kafir,

Qızılcıq dəgənəgimlə gəlməz mana!

Qılıncını nə ögərsən, mərə kafir,

Əgri başlu çovkanımla gəlməz mana!

Belündə toqsan oqın nə ögərsən, mərə kafir,

Ala qollu sapanımca gəlməz mana!

İraqından-yaqınından bəri gəlgil,

Yigitlərin zərbini görgil, andan ötgil!

22 APREL — AKTYOR HƏSƏN ƏBLUCUN DOĞUM GÜNÜ

Стандартный

Gasan_Abluch_230412_03

Həsən Abbasqulu oğlu Əbluc — Azərbaycan aktyoru və rejissoru, bədii qiraət ustası, pedaqoq.

Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın «Adsız ulduz» tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib.Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Həsən Əbluc rejissorluq kursunu da bitirib. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub. Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

Kinorejissor Ənvər Əblucun qardaşıdır.

vikipediya

 

 

22 APREL 1918 — ZAQAFQAZİYA DEMOKTARİK FEDERATİV RESPUBLİKASI

Стандартный
22 APREL 1918 — ZAQAFQAZİYA DEMOKTARİK FEDERATİV RESPUBLİKASI

22 aprel 1918 – Zaqafqaziya seyminin azərbaycanlı, erməni və gürcü deputatları paytaxtı Tiflis olmaqla Zaqafqaziya Demokratik Federativ Respublikasının yarandığını elan ediblər. Seymdə azərbaycanlı deputatların (44 nəfər) fraksiyasına M.Rəsulzadə rəhbərlik edirdi. Gürcü A.Çxengelinin başşılıq etdiyi hökumətə Azərbaycandan F.Xoyski, K.Məlik-Aslanov, N.Usubbəyov, M.H.Hacinski və M.Heydərov daxil idilər. Federasiya bir ay sonra dağıldı.

На заседании Закавказского сейма 9 (22) апреля после бурных дебатов, несмотря на противодействие армянской делегации, было принято решение провозгласить Закавказье «независимой, демократической и федеративной республикой»

22 APREL — MİLLİ QƏHRƏMAN ALLAHVERDİ BAĞIROVUN 70 İLLİYİ

Стандартный

Allahverdi_Bağırov_

Allahverdi Teymur oğlu Bağırov 1946-cı il aprel ayının 22-də Ağdamda anadan olub..

 Orta təhsilini Ağdam şəhər 1 saylı məktəbdə alıb.  Məktəb illərində və sonrakı vaxtlarda idmanın müxtəlif növlərində keçirilən yarışlarda Ağdamın qələbə qazanmasında rolu olub. O, həm də, Ağdamın «Qarabağ» futbol klubunun şərəfini qorumuşdur. 

1976-cı ildə klubun baş məşqçisi təyin olmuş və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük səyi olub.

Bağırov Ağdam əhalisi tərəfindən göstərilən maddi yardım və öz şəxsi vəsaiti ilə Qarabağ kəndlərində yaradılmış kiçik özünümüdafiə dəstələrinə yaxından köməklik edib. Ağdam rayonu ərazisində gedən bütün döyüşlərdə mərdliklə vuruşub. Müharibə zamanı Ağdam Xalq Cəbhəsinin sədri seçilmişdir. Müstəqil Azərbaycanın bayrağını ilk dəfə Ağdama Allahverdi Bağırov sancmışdı.

1988-ci ildə Ağdamda ilk müdafiə dəstələrinin formalaşmasında böyük rolu olmuşdur. Həmin ildə dövlətin xəbəri olmadan Əsgəranla Ağdam arasında keşikçi postu yaradılanda ora könüllü olaraq ilk dəfə gedən onun qardaşı Eldar Bağırov oldu, sonra ermənilərlə həmsərhəd bütün kəndlərdə postlar yaradırdı.

1991-ci ilin 1 oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin Ağdamdakı hərbi hissələrin onun və qardaşı Eldar Bağırovun komandirliyi altında yaradıldı. Eldar Bağırovun rəhbərlik etdiyi hərbi hissə 845 nömrəli Ağdam Ərazi Özünümüdafiə taboru idi. 760 nəfərlik olan batalyon «Vətən oğulları» adlanırdı. Həmin ildə onun qardaşı Eldar, Bakıda olan Ali Sovetin iclasından qayıdarkən, yaşadığı evin qarşısında müəmmalı şəkildə qətlə yetirilmişdir. Qardaşı Eldarın ölümündən sonra Bağırov saqqal saxlayırdı.

1992-ci ilin yanvarında Allahverdi Bağırovun komandirlik etdiyi tabor Naxçıvanlı kəndində işğalçıların bütün canlı qüvvəsi və texnikası darmadağın edilmiş, 150 döyüşçü ilə Əsgəran qalasına qədər irəliləmiş, Pircamal kəndindəki bütün yüksəkliklər tutulmuş, Kətük kəndi ilə üzbəüz mövqe qurulmuşdu. Bu əməliyyatın başa çatması və erməni bayraqlarını Azərbaycan bayraqları ilə əvəz etmək üçün Allahverdi Bağırovun döyüşçülərinə cəmi iki saat lazım olmuşdur. Bu əməliyyat görə Allahverdi Bağırov «General Məhəmməd Əsədov» mükafatına layiq görülmüşdür. 

Allahverdi Bağırovun ən böyük hərbi uğuru 1992-ci il 12 iyun Aranzəmin döyüşündə olmuşdur. Aranzəmin kəndi üzrə döyüşlərdə onun dəstəsi 100 nəfər erməni əsgərini məhv etmiş və 10 düşmən əsgərini əsir götürmüşdür.

Onun, Xocalı soyqırımı zamanı həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında və azərbaycanlı əsirlərin erməni işğalçı əsgərlərin meyidləri və əsirləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. Həmin əməliyyatlar keçirilən zaman Ağdam rayonu 300 nəfər şəhid vermişdi. Bağırov erməni polkovnik Vitali Balasyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Bağırov erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verdi. O, cəsədləri Ağdam məsciddə, kəfənə tutdurub torpağa tapşırırdı, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirləri təhvil aldı.

Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olmuşdu. 

 1992-ci ilin 14 iyunda təcili iş üçün Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın Naxçıvanikdən geri qayıdarkən minaya düşdü. Maşında olan digər üç nəgər sağ qalsa da, Allahverdi Bağırov sürücüsü və Nizami həkimlə ilə birlikdə şəhid olmuşdur.  Qardaşı Eldar Bağırovun yanında — Ağdam rayon Şəhidlər xiyabanında dəfn edilmişdir. 

 Ailəli idi, Elşən adlı oğlu, Aynur və Zümrüd adlı qızları var.

25 fevral 2014-cü ildə Bakının  Biləcəri qəsəbəsində istifadəyə verilmiş Milli Qəhrəmanlar parkında Allahverdi Bağırovun büstü ucaldılmışdır.

Allahverqi_Bağırovun_məzarı_-

Allahverdi Bağırovun məzarı