Məzahir İsmayılov 9 oktyabr 1961-ci ildə Laçın rayonunun Yuxarı Cicimli kəndində doğulmuşdur. 1979-cu ildə Cicimli kənd orta məktəbini, 1980-ci ildə isə Sumqayıt şəhərində Texniki Peşə Məktəbini bitirmişdir. 1980-1982-ci illərdə SSRİ daxili qoşunlarında xidmət etmişdir. 1990-cı ildə Laçın rayon Daxili İşlər Şöbəsinin nəzdində yaradılan könüllü bölüyə polis serjantı kimi üzv yazılmışdır. Doğma torpaqlarımız uğrunda mərdliklə döyüşmüş, Laçın rayonunun Fərəcan, Suarası, Pircahan, Cicimli, Səfiyan, Hoçaz kəndləri uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirmişdir. Laçınla yanaşı Kəlbəcər, Qubadlı, Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə əvəzsiz xidmətləri olmuşdur. 1994-cü il aprelin 21-də Füzuli rayonunun Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə həlak olmuşdur.
Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı — Sədi və Sahilə yadigar qalmışdır.
Для отправки комментария необходимо войти на сайт.