ŞƏHİDLƏRİ UNUTMAYAQ: LAÇINLI ƏFQAN QORÇUYEV

Стандартный

QORÇUYEV ƏFQAN

Əfqan Xanış oğlu Qorçuyev 1970-ci il aprelin 20-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1977-1978-ci illərdə Güləbird kənd orta məktəbində təhsil alıb. Əfqan əla müvəffəqiyyətinə və nümunəvi davranışına görə 1 sentyabr 1980-ci ildə Respublika Təhsil Nazirliyinin 18 nömrəli tərifnaməsi ilə təltif edilib.

1988-1990-cı illərdə hərbi xidmətdə olub. 1990-cı ildə ordudan tərxis olunduqdan sonra Laçın rayonuna qayıdıb, rayondakı RTS-də sürücü işləyib.

1994-cü il yanvarın 1-də Laçın Rayon Polis Şöbəsində işə düzəlib. Füzuli rayonu ərazisində gedən döyüşlədə iştirak edir. Horadiz kəndi ətrafındagedən döyüşlərdə igidliklə vuruşub. Əfqanın qardaşı Qorçuyev Həbib Xanış oğlu 1990-1993-cü illərdə erməni təcavüzkarları ilə gedən döyüşlərdə iştirak edib. 1993-cü il Qubadlı işğal olanda ağır yaralanıb və II qrup əlil olur. Əfqanın yaxşı səsi var idi və o, döyüşlərdən sonra həmişə məlahətli səsi ilə kollektiv önündə çıxış edərdi.

1994-cü il fevralın 10-da Əfqan Füzuli rayonu Mehdili kəndində gedən döyüşlərdə şəhid olub. Ailəli idi, iki övladı yadigar qalıb.

Məzarı Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanındadır

 

Обсуждение закрыто.